“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


01.11.2021  14:42 

“Vəziyyətin nəzarətdən çıxma ehtimalı var” – Ekspert həyəcan təbili çalır





A+  A-

“226 dövlət rüsumunun məbləği artırılır. Heç bir iqtisadi əsaslandırılması yoxdur və ola da bilməz. Bu, büdcəyə əlavə vəsaitin cəlb olunmasından başqa bir şey deyil”.

XezerNews.az xəbər verir ki, bu barədə açıqlama ilə iqtisadçı ekspert Qadir İbrahimli çıxış edib.

Q.İbrahimli bildirib ki, hökumət iri şirkətlərin vergi potensialını büdcəyə cəlb etmək əvəzinə yenidən camaatın cibinə əl qoyur:

“Bu isə növbəti bahalaşmaya səbəb olacaq. Məsələn, dərman vasitələrinin dövlət qeydiyyatına görə rüsumların artırılması dərmanların bahalaşasına səbəb olacaq. Onsuz da dərman, eləcə də istehlak bazarının başqa seqmentlərində qiymətlər daim artır, rüsumların başalaşması isə prosesi stimullaşdıracaq. Ancaq təəssüf ki, əhalinin gəlirləri artmır və yaxud da cüzi artır ki, bu bahalaşma tempinə adekvat deyil”.

İqtisdaçı ekspert əlavə edib ki, hökumət bahalaşma siyasətindən imtina etməsə, yaxın aylarda sosial vəziyyət daha da pisləşəcək və hətta vəziyyətin siyasi hakimiyyətin nəzarətindən çıxması ehtimalı da var. "Ac qılınca çapar" atalar sözü havadan götürülməyib!”


Xəbər 1012 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +