İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


27.07.2021  11:49 

“Taliban” Əfqanıstanın vertolyotunu vurdu





A+  A-

“Taliban” radikal hərəkatı Əfqanıstan Hərbi Hava Qüvvələrinə məxsus vertolyotu vurduqlarını iddia edib.
XəzərNews.az xəbər verir ki, bu haqda məlumatı “Taliban” hərəkatının nümayəndəsi Zabihullah Mücahid öz tviter hesabında açıqlayıb.

Onun sözlərinə görə, hadisə Qilmənd əyalətində Nad-e Ali bölgəsinin mərkəzinə yaxın ərazidə baş verib. O, həmçinin əlavə edib ki, “Taliban” döyüşçüləri tərəfindən Nad-e Ali bölgəsinin mərkəzi və polis rəisi ələ keçirilib.

“Taliban” döyüşçüləri, həmçinin iddia edirlər ki, hücum zamanı çox sayda əfqan öldürülüb və yaralanıb və silah-sursat ələ keçirilib.

Lakin KİV-in məlumatına görə, Əfqanıstan Hərbi Hava Qüvvələrinə məxsus vertolyot Qilmənd əyalətində qəza enişi edib. Ölkə ordusunun məlumatına görə, vertolyot “Taliban”a qarşı əməliyyat zamanı qəza enişi edib və bunun texniki səbəblərdən baş verdiyi bildirilir. Bundan başqa, insident zamanı xəsarət alanların olmadığı bildirilir. Qeyd olunur ki, ekipaj təxliyyə olunduqdan sonra vertolyot məhv edilib.

Qeyd edək ki, hazırda ölkədə hökumət qüvvələri ilə “Taliban” hərəkatı döyüşçüləri arasında qarşıdurmalar davam edir. Xarici ölkələrin öz qüvvələrini Əfqanıstandan çıxarması ilə “Taliban” döyüşçüləri öz fəaliyyətlərini daha da aktivləşdirir. KİV-in məlumatına görə, “Taliban” artıq ölkənin 100-dən çox bölgəsinə nəzarəti ələ keçirib.

Xəbər 1359 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +