İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


14.05.2021  21:37 

Ukraynada 600-dən çox kriminal avtoritetə və qanuni oğruya sanksiya qoyuldu





A+  A-

Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurası 111 əcnəbi kriminal avtoritetə və 557 qanuni oğruya qarşı sanksiya tətbiq edib.
XəzərNews.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Tvitter səhifəsində yazıb.

“Milli Təhlükəsizlik və Müdafiə Şurasının növbəti iclası bitdi. İclasda ölkə üçüm əhəmiyyətli qərarlar alındı. Bu qərarlar, yəqin ki, illərdir xalqın və qanunların əleyhinə fəaliyyət göstərən şəxslər üçün “infarkt” effekti verəcək”, - deyə Zelenski qeyd edib.

Prezident sanksiya tətbiq olunanların adlarını açıqlamayıb. Məhdudiyyətlər siyahısında aktivlərin bloklanması, Ukraynaya girişin qadağan edilməsi, vizaların verilməsindən imtina və ya ləğv edilməsi yer alır. Bundan əlavə, sanksiya tədbirləri arasında müvəqqəti və ya daimi yaşayış icazəsinin, immiqrasiya icazələrinin rədd edilməsi və ya ləğvi, vətəndaşlıq ala bilməmək və ölkədən məcburi çıxarılmaq da var.

Xəbər 1689 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +