İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti


28.04.2021  16:32 

Baş Prokurorluq Başlıbel faciəsi ilə bağlı BQXK-yə məlumat verib





A+  A-

Aprelin 28-də Baş prokurorun birinci müavini Elçin Məmmədov Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan Nümayəndəliyinin rəhbərinin müavini xanım Beata Skvarska-Zonhenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Baş Prokurorluqdan XəzərNews.az-a verilən məlumata görə, qonaqları salamlayan Baş prokurorun birinci müavini Beynəlxalq Qızıl Xaç Komitəsi ilə ölkəmiz arasında uğurla inkişaf edən qarşılıqlı əlaqələr barədə söhbət açmışdır. Ötən əsrin 90-cı illərindən başlayaraq Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, eləcə də vətəndaşlarımıza qarşı sülh və insanlıq əleyhinə törədilmiş cinayətlər barədə məlumat verilib.

Otuz ilə yaxın dövr ərzində Azərbaycanın Ermənistan tərəfindən işğal altında saxlanılan beynəlxalq səviyyədə tanınmış ərazilərinin Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında azad edildiyi, ölkəmizin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində, o cümlədən BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq ərazi bütövlüyünü bərpa edildiyi vurğulanııb.

Daha sonra 1993-cü ilin aprel ayında Ermənistan Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonunun Başlıbel kəndində mülki əhalinin kütləvi şəkildə vəhşicəsinə qətlə yetirildiyi şəxslərin cəsədlərinin basdırıldığı yerlərin müəyyən edilməsi faktları üzrə Baş prokurorluq tərəfindən başlanmış cinayət işi barədə BQXK-nın nümayəndələrinə məlumat verilib.

Səmimi qəbula görə təşəkkürünü bildirən xanım Beata Skvarska-Zonhen ikitərəfli münasibətlərə toxunaraq Azərbaycanla münasibətlərin yüksək səviyyədə və müvəffəqiyyətlə inkişaf etdiyini qeyd edib. Qonaq münaqişədən əziyyət çəkmiş Azərbaycan vətəndaşlarına humanitar yardımın göstərilməsi, cəbhəboyu ərazilərdə yaşayan mülki şəxslərin təhlükəsizliyi, fiziki və psixoloji sağlamlıqları, itkin düşmüş şəxslərin taleləri ilə əlaqədar Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı fəaliyyəti, həyata keçirdiyi layihələr, aparılan mühüm işlər, o cümlədən keçirdikləri təlimlər barədə məlumat verərək, ikitərəfli münasibətlərin inkişafı naminə, habelə Azərbaycan Respublikasının hüquq-mühafizə, o cümlədən prokurorluq orqanları ilə əməkdaşlıq istiqamətində münasibətlərin daha da inkişaf edəcəyinə ümidvar olduqlarını bildirmişdir. Beata Skvarska-Zonhen hərbi münaqişə nəticəsində itkin düşmüş şəxslərin tapılmasının ümumi məqsəd olduğunu vurğulayaraq bu istiqamətdə Komitə tərəfindən intensiv işlərin görüldüyünü qeyd edib.

Görüşdə qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılıb.



Xəbər 1843 dəfə oxunub.




13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb

11.05.2024  17:01 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +