Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


10.04.2021  14:52 

Çaylarda gursululuqla bağlı gözlənilən vəziyyət açıqlandı





A+  A-

“Yaz-yay gursululuq dövrü Azərbaycanın çaylarında aprel ayının əvvəlindən başlayır və iyun ayının ortalarınadək davam edir. Qış aylarında yüksək dağlıq ərazilərdə toplanan qar ehtiyatları və yaz aylarındakı yağıntıların intensivliyi çaylarda gursululuq axımını təyin edir”.
XəzərNews.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya mərkəzinin direktoru Asif Verdiyev bildirib.

O qeyd edib ki, ölkəmizdəki çayları qidalandıran qar ehtiyatlarını qiymətləndirmək məqsədilə mart ayı ərzində Böyük və Kiçik Qafqazın dağ, dağətəyi zonalarına təşkil edilən ekspedisiyalar zamanı 25 müxtəlif marşrut üzrə çay hövzələrində tədqiqat işləri aparılıb:

“Hər marşrut üzrə qar örtüyünün hündürlüyü, çəkisi, sıxlığı və sululuğu müəyyən olunub. Nəticələrə əsasən, bu il Böyük Qafqaz çaylarının hövzələrində sululuq çoxillik normanın 80-93 faizini (2020-ci ildə 69-84 faiz), Kiçik Qafqaz çaylarının hövzələrində isə normanın 68-95 faizini (2020-ci ildə 63-78 faiz) təşkil edib”.

Xidmət rəsmisi onu da bildirib ki, aparılan kompleks təhlillərə və meteoroloji proqnoz materiallarına əsasən bu ilin yaz-yay gursululuq (aprel-iyun) dövründə transsərhəd çaylar üzrə Kür çayından Şəmkir su anbarına axımın çoxillik normanın 52-69, Qanıx çayının Cəlayir məntəqəsindən Mingəçevir su anbarına isə normanın 68-87 faizini təşkil edəcəyi gözlənilir.

A.Verdiyevin sözlərinə görə, respublikanın yerli çayları üzrə bu ilin gursululuq dövründə Böyük Qafqazın cənub-qərb (Balakən-Şəki, Oğuz-Qəbələ), şimal-şərq (Quba-Qusar-Xaçmaz) yamacı çaylarında sululuğun çoxillik normaya yaxın və bir qədər az olmaqla, 80-110 faiz, Kiçik Qafqaz (Daşkəsən-Gədəbəy-Göygöl), Naxçıvan MR və Lənkəran-Astara bölgəsi çaylarında isə normadan az 50-85 faiz olacağı gözlənilir:

“Bu il çaylarda gözlənilən sululuğun 2020-ci illə müqayisədə bir qədər yüksək olacağı proqnozlaşdırılır. Eyni zamanda, yaz-yay gursululuq dövrünün ayrı-ayrı günlərində yağacaq leysan xarakterli yağışlar nəticəsində Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqınların keçəcəyi ehtimal olunur”.

Xəbər 1327 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb


BÜTÜN XƏBƏRLƏR +