İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


19.03.2021  14:26 

Putin Baydenlə nəyi müzakirə etmək istəyir? - Peskov açıqladı





A+  A-

Rusiya Prezidenti Vladimir Putin ABŞ dövlət başçısı Co Baydenin açıqlamalarının ikitərəfli münasibətlərə zərbə vurmasına imkan verməmək üçün açıq şəkildə ünsiyyət qurmağa dəvət edib.
XəzərNews.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.

“İki prezident arasında mübahisə ola bilməz. O, sadəcə iki dövlətin başçıları arasındakı dialoqa davam edərək danışmağı təklif edib”,- deyə Peskov Putinin Baydenə təklifini şərh edərkən qeyd edib.

Onun sözlərinə görə, Putin Bayden ilə Rusiyaya qarşı müntəzəm ittihamları və ikitərəfli münasibətləri müzakirə etmək istəyir.

İki prezident arasında əlaqə formatının necə ola biləcəyini şərh edən Peskov hələ ki, hər hansı bir detal açıqlamağın mümkünsüzlüyünü qeyd edib: “Hələ ki, ABŞ tərəfinin qərarı barədə məlumatımız yoxdur. Təbii ki, bəzi konkret formatlardan yalnız ABŞ tərəfinin reaksiyasını aldıqdan sonra danışa bilərik”.

Peskovun sözlərinə görə, açıq söhbət həm amerikalılar, həm də ruslar üçün maraqlı olacaq.

O, Baydenin Putinin təklifindən imtina etməsi təqdirdə bu addımı necə qiymətləndirəcəkləri barədə sualı da cavablandırıb.

“Prezident bir təşəbbüslə çıxış edərək təklif verdi və həm də bu təklifi Prezident Baydenin çox pis bir açıqlamasına baxmayaraq edib. Bu açıqlamanı yalnız “pis” sözü ilə izah edə bilərəm. Prezident bütün bunlara baxmayaraq, meqafon diplomatiyası oynamağın və atmaca mübadiləsi aparmağın mənasının olmadığını göstərdi”,- deyə Kreml sözçüsü bildirib.

“Rusiya ilə ABŞ arasında münasibətləri davam etdirməyin mənası var. Bu, Rusiya Prezidenti Putinin dünyagörüşü və yanaşmasıdır. Ancaq Prezident Baydenin potensial yanaşması barədə sizə heç nə deyə bilmərəm”,- deyə Peskov sözlərinə əlavə edib.

Xəbər 1208 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +