Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


06.03.2021  15:21 

Dövlət proqramlarına dair tələblər müəyyənləşdi





A+  A-

Dövlət proqramının tərtibi ölkənin sosial-iqtisadi inkişafının əsas istiqamətləri və prioritetləri, bu Qaydanın tələbləri nəzərə alınmaqla, habelə aidiyyəti dövlət orqanlarının (qurumlarının) öz strateji planlarına uyğun olaraq texniki-iqtisadi cəhətdən əsaslandırılmış təklifləri əsasında müvafiq dövlət proqramının layihəsinin hazırlanması prosesini nəzərdə tutur.
XəzərNews.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı fərmanla təsdiqlənən “Dövlət proqramlarının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydası”nda əksini tapıb.

Fərmana əsasən, dövlət proqramının layihəsinin hazırlanması zamanı müvafiq sahələrdə həyata keçirilən ölkə əhəmiyyətli layihələrin məqsəd və vəzifələri, eləcə də proqramın tətbiqinin digər sahələrə olan təsiri nəzərə alınır.

Dövlət proqramının layihəsi hazırlanan zaman aidiyyəti dövlət orqanları (qurumları) ilə məsləhətləşmələr aparılmalı, habelə “İctimai iştirakçılıq haqqında” Qanuna uyğun olaraq dövlət proqramının ictimai dinləmə və müzakirələrin aparılması təmin edilməlidir.

Dövlət proqramının strukturu aşağıdakı bölmələrdən ibarət olmalıdır:

Qısa xülasə – dövlət proqramında qeyd edilmiş mühüm məsələlərin

icmalının təsviri;

Qlobal trendlər – dövlət proqramının aid olduğu sahə üzrə müşahidə edilən başlıca istiqamətlər, bu sahədə gözlənilən əsaslı dəyişikliklər və onların Azərbaycana potensial təsirlərinin təsviri;

Mövcud vəziyyətin təhlili – dövlət proqramının əhatə edildiyi sahə üzrə ölkəmizdə mövcud vəziyyət və görülmüş işlərlə bağlı qısa məlumat, proqramın hazırlanmasını zəruri edən məsələlərin, bu istiqamətdə aparılmış təhlillərin və əldə edilmiş nəticələrin ümumiləşdirilmiş təsviri;

Hədəf göstəricilər – dövlət proqramının əhatə etdiyi dövr üzrə nail olunması əsas kimi müəyyənləşdirilmiş göstəricilər;

Məqsədlər – dövlət proqramı üzrə müəyyənləşdirilən hədəf göstəricilərə nail olunması üçün qarşıya qoyulmuş hədəflərin təsviri;

Prioritet istiqamətlər – məqsədlərin reallaşdırılması üzrə həyata keçiriləcək konkret tədbirlərin, əldə ediləcək nəticələrin, tələb olunan resursların təsviri;

Maliyyələşdirmə mexanizmləri – dövlət proqramı üzrə müəyyən edilmiş məqsədlərə nail olmaq üçün müəyyənləşdirilmiş vəsaitin həcminin və həmin vəsaitin təmin edilmə mənbələrinin təsviri;

Tədbirlər planı – dövlət proqramı üzrə müəyyən olunan hər bir tədbir üzrə icraçıların (əsas və digər icraçıların) və icra müddətlərinin, habelə hər bir prioritet istiqamət üzrə gözlənilən nəticə və nəticə indikatorlarının qeyd olunduğu planın təsviri.

Bu Qaydaya uyğun olaraq müvafiq sahə üzrə mövcud vəziyyətin təhlilində aşağıdakı metodlardan istifadə edilə bilər:

Rəqabət üstünlüyü – müvafiq sahəyə rəqabət üstünlüyü verən xüsusiyyətlərin aşkar edilməsi istiqamətində təhlillər aparılması;

Tələb bazarlarının təhlili – rəqabət üstünlüyü aşkar edilmiş sahə üzrə gələcəkdə satış bazarlarının formalaşdırılması istiqamətində əsas tələb bazarlarının müəyyən edilməsi üçün təhlillər aparılması;

Diaqnostik təhlil – müvafiq sahədə dəyər zənciri üzrə problemlərin və onların mümkün həlli yollarının aşkarlanması istiqamətində təhlillər aparılması;

GZİT (Güclü və Zəif tərəflər, İmkanlar və Təhlükələr) təhlil – müvafiq sahənin güclü və zəif tərəflərinin aşkar edilməsi, imkanların və təhlükələrin müəyyənləşdirilməsi.

Xəbər 2028 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb


BÜTÜN XƏBƏRLƏR +