İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


01.03.2021  14:06 

Paşinyan “İskəndər”lə bağlı açıqlamasından geri çəkildi





A+  A-

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın “İskəndər” raket sistemlərinin effektivliyi barədə səhv məlumatlandırılıb.
XəzərNews.az xəbər verir ki, bunu Paşinyanın mətbuat katibi Mane Gevorgyan "Armenpress" agentliyinə müsahibəsində bildirib. O qeyd edib ki, Paşinyanın bu açıqlamasına ona verilən səhv məlumatlar səbəb olub, bu məsələ ötən gün Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı da gündəmə gətirilib:

"Ermənistan Baş naziri ilə Rusiya Prezidenti arasında telefon danışığı zamanı, digər məsələlərlə yanaşı, Baş nazirin İskəndər sistemlərinin Ermənistan tərəfindən istifadəsinə dair açıqlaması müzakirə edilib. O, faktları və məlumatları müqayisə edərək onun mövcud situasiyada yanlış məlumatlandırıldığı qənaətinə gəldi".

Erməni rəsmisinin sözlərinə görə, Paşinyanın açıqlamasının hərbi əməkdaşlıq sahəsində Ermənistan-Rusiya münasibətlərinin mahiyyəti və keyfiyyəti ilə heç bir əlaqəsi yoxdur: "Rus silahlarının dünyanın ən yaxşı silahlarından biri olduğuna da şübhə yoxdur".

Xəbər 1571 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +