Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


23.02.2021  15:42 

Arif Buzovnalıdan yeni QƏZƏL





A+  A-


Vüsal eşqilə düşmüşdür vətəndən dərbədər ahu,
Duyub yar ətrini çöllər gəzər axşam-səhər ahu.

Sudan su inciməz damcı düşəndə damcı üstündən,
Məvəddət məşqin etməkçün gələr dünyaya hər ahu.

Elə zənn etmə göz dikmiş yerə, boynubükük durmuş,
Gözündən düşməyən bir kölgədən çəkməz nəzər ahu.

Xumar gözlər ləbaləb qan, nəfəs təng, durmadan qaçmış,
O səhradan bu səhraya yetirməkçün xəbər ahu.

Vəfa zəhrilə qan paylar vücuda səcdədə aşiq,
Baş insan, əl-ayaq insan, ürək insan, cigər ahu.

Cahanda ey məhəbbət nemətindən bixəbər insan,
Sənin zikrində aciz qaldığın sözlə mələr ahu.

Vəfadan iz qoyar kim diz qoyar torpağə izzətçün,
Nə əksiklik gələr insana olsa bir qədər ahu?

Sədaqət qəddini əymiş, təəccüb etmə məhşərdə
Əlif tək qəddi dik hu məhzərində dursa gər ahu.

Behiştdən bir nişan olmaz məgər bu, eşq dəştində
Tuta bir bəxtəvər insan əlin bir bəxtəvər ahu?

Əgər eşqin dili bir gün zəmanət versə dünyaya,
Gəzər aslanlar içrə qorxusuz, görməz xətər ahu.

Əgər qəm udduğun olmuşsa da, sus, dinmə, ey insan,
Udar dilsiz-ağızsız hər qəmi səndən betər ahu.

Bədəndə çırpınıb ruh inciyər cismin günahından,
Nə cür ki hər sədadan titrəyər, hürkər, əsər ahu.

Zəiflik yox, zəriflik imtəhanından alıb əla
Bəşər meydanına girmiş ki, göstərsin hünər ahu.

Sözün, Arif, deyil Bəhrülülumi şeri tək şirin,
Onun şəhdilə şerün səmtinə eylər güzər ahu.

Arif Buzovnalı

Xəbər 2117 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib


BÜTÜN XƏBƏRLƏR +