İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


19.02.2021  12:09 

Rusiya MN-dən sülhməramlılarla bağlı daha bir açıqlama - Video





A+  A-

Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ ərazisində tapşırıqları yerinə yetirməyə davam edir.
XəzərNews.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin açıqlamasında bildirilir. Qeyd olunub ki, sülhməramlılar 27 müşahidə məntəqəsində atəşkəs rejiminə əməl olunmasına nəzarət edirlər.

Atəşkəs rejiminə bütün təmas xətti boyunca əməl olunur. Bununla yanaşı Rusiya sülhməramlıları vətəndaşların daimi yaşayış yerlərinə qayıtmalarını, mülki nəqliyyat vasitələrinin hərəkətini, ərzaq və müxtəlif malların Laçın dəhlizi ilə daşınmasını təmin edirlər.

Pozuntuların və müşahidə məntəqəsinə mümkün hücumun qarşısını almaq üçün Rusiya sülhməramlı kontingentinin müşahidə məntəqələrinin heyətlərində planlı şəkildə təlimlər keçirilir.

Postların infrastrukturuna işçilər üçün rahat yaşayış yerləri, yeməklərin hazırlanması və verilməsi üçün blok-modullar, həmçinin daimi elektrik enerjisi təminatı üçün aqreqatlarla təchiz olunmuş nəqliyyat-texnoloji blok-modul daxildir.

Bütün müşahidə məntəqələri hərbi personalı atıcı silahlardan və qəlpələrdən qorumaq üçün hazırlanmış istehkamlarla təchiz olunub.



Xəbər 3074 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +