“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


19.02.2021  12:56 

Türkiyədə Azərbaycana qanunsuz yolla dərman satmaq istəyən 46 nəfər saxlanıldı





A+  A-

Türkiyədə mərkəzi Adana şəhəri olmaqla 11 bölgədə aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz dərman satışı həyata keçirən 46 nəfərdən ibarət mütəşəkkil şəbəkə ifşa edilib.
XəzərNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sözügedən dəstənin qanunsuz dərman reseptləri yazaraq qazanc əldə etdiyi və dövlətə 12 milyon 523 min lirə zərər verdiyi müəyyənləşdirilib.

Adana Polisi Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə şöbəsinin əməliyyat qrupları tərəfindən ifşa edilən dəstə üzvlərinin narkotik tərkibli dərmanların ticarəti ilə məşğul olduğunu, həmçinin xərçəng xəstələrinin istifadə etdikləri dərmanları alaraq Azərbaycan, Suriya, İran və İraq kimi ölkələrə satmaq istədikləri müəyyənləşdirib. Onların aralarında 2 bioloq və 9 əczaçının olduğu bildirilib.

Əməliyyat tədbirləri nəticəsində aşkarlanan 9 min 177 qutu qəbzsiz və reseptsiz dərmanların bazar dəyəri ve şübhəlilərin öz aralarında həyata keçirdiyi pul transferinin ümumi dəyərinin 12 milyon 523 min 111 lirə olduğu müəyyən edilib.

Xəbər 2309 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +