İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


07.01.2021  23:16 

Kanada İranın təzminat təklifini qəbul etmədi





A+  A-

Kanada İranda Ukraynaya məxsus “Boeing 737” təyyarəsinin vurulmasına görə, ölən kanadalı vətəndaşlar üçün İran hökumətinin təzminat təklifini rədd edib.
XəzərNews.az xəbər verir ki, İran həmin hadisəyə görə ölənlərin ailələrinə 150 min ABŞ dolları təzminat ödəyəcəyi ilə bağlı təklif planı hazırlayıb.

Vurulan Ukrayna təyyarəsi ilə bağlı kanadalı xüsusi müşavir Ralf Qudale İranın birtərəfli qaydada təzminat təklif etmək haqqına sahib olmadığını bildirib.

Onun sözlərinə görə, təzminat məsələsində İran və Kanada ilə yanaşı, qəzada vətəndaşlarını itirən digər dörd ölkənin də müzakirələrə qoşulmalıdır. Kanada bu səbəbdən İranın təzminat təklifi ilə razılaşmır.

Xatırladaq ki, Ukrayna Hava Yollarına məxsus “Boeing 737” tipli sərnişin təyyarəsi 8 yanvar 2020-ci ildə Kiyevə getmək üçün Tehranın İmam Xomeyni Beynəlxalq Hava Limanından qalxdıqdan bir müddət sonra vurulub. Hadisədən sonra göyərtədəki 176 sərnişin və heyət üzvlərindən sağ qalan olmayıb. İranın Baş Qərargahı verdiyi açıqlamada təyyarənin hərbi nöqtəyə yaxınlaşması kimi qəbul edildiyini və səhvən vurulduğunu açıqlayıb.

Ukrayna Xarici İşlər Nazirliyi hadisədə 63 kanadalının həyatını itirdiyini açıqlasa da, 57 nəfərin ölməsi tam təsdiqini tapıb.

Xəbər 1783 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +