İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


09.12.2020  17:23 

İrəvanda Paşinyanın istefası tələbi ilə yürüş başladı





A+  A-

İrəvanda 16 müxalifət partiyası tərəfindən təşkil edilən Baş nazir Nikol Paşinyanın istefasını tələb edən etiraz yürüşü başlayıb.
XəzərNews.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, Ermənistan müxalifətinin mitinqi bu gün Milli Məclis binasında keçiriləcək. İrəvanın müxtəlif yerlərindən yüzlərlə insan buraya gəlib.

“Vətən” partiyasının lideri, Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanetsyanın rəhbərlik etdiyi nümayişçilər Proşyan küçəsindəki Dvin otelinə bitişik ərazidən Milli Məclisə doğru hərəkət ediblər. Şəhərin müxtəlif yerlərindən köçmüş digər qruplar parlament binasında onlara qoşulacaq.

Vanetsyanın tərəfdaşlarından biri Xaçik Qalstyana bildirib ki, bu gün atəşkəs bəyanatının imzalanmasından bir ay keçir. O, səlahiyyətlilərin xain əməlləri üzündən yüzlərlə ananın göz yaşları içində qaldığını, yüzlərlə insanın itkin uşaqlarını axtardığını bildirib. O, vəziyyəti yaxşılaşdırmanın yeganə yolunun Paşinyanın dərhal istefasında olduğunu hesab edir.

Qalstyan vətəndaşları aksiyalarına qoşulmağa çağırır. Etirazçılar “Nikol, get”, “Nikol, xain” şüarları səsləndirirlər.

Yürüşün son dayanacağının parlament binası olacağı qeyd olunub. Burada etiraz aksiyasının davam edəcəyi bildirilib. İndiyə qədər parlament binasının yerləşdiyi Bağramyan prospekti artıq bloklanıb. Aksiyada ümumilikdə bir neçə min insan iştirak edir.



Xəbər 1484 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +