İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


19.08.2020  20:46 

Lukaşenko DİN-ə etirazların qarşısını almağı tapşırdı





A+  A-

Belarus Prezidenti Aleksandr Lukaşenko Daxili İşlər Nazirliyinə ölkədə, xüsusilə Minskdə etirazların qarşısını almağı tapşırıb.
XəzərNews.az xəbər verir ki, o, bu barədə bu gün keçirilən Təhlükəsizlik Şurasının iclasında bildirib: “Minskdə artıq iğtişaşlar olmamalıdır. İnsanlar yorulub, sülh və sakitlik tələb edirlər”.

Lukaşenko qeyd edib ki, bir tərəfdən belarusluların nəyi itirə biləcəklərini hiss etmələri yaxşıdır: “Qulaq asın, sakit bir ölkədə yaşamağa öyrəşmiş bir çox insan var və onlar əksəriyyəti təşkil edirlər. Bu sakit ölkəni onlara qaytarmalıyıq”.

O, həmçinin işçilərin böhtan və küçə təhdidlərindən qorunmasını tələb edib:

“İşçi kollektivləri qorunmalıdır- təkcə fabrik və zavodların işçiləri deyil, digər kollektivlər, təşkilatlar, kütləvi informasiya vasitələrinin kollektivləri. Əgər mediada və ya hər hansı bir yerdə çalışan insanlar tətil edib çölə çıxıb və yenidən qayıtmaq istəsə, onlara belə bir şans verilməməlidir. Getmisiniz, gedin. Ancaq kollektivləri qorumalıyıq. Bizim bu gün vəzifəmiz budur”.

Xəbər 1375 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +