Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


21.07.2020  17:23 

“Nar” abunəçilərinin sorğularını operativ cavablandırmaqdadır





A+  A-

Koronavirus pandemiyası ilə əlaqədar ölkədə karantin rejiminin tətbiq edildiyi 3 ay müddətində 777 Çağrı Mərkəzinə 1,4 milyona yaxın sorğu daxil olub.
XəzərNews.az xəbər verir ki, abunəçilərə evdən çıxmadan həm hesablarını daha asan idarə etməyə imkan verən, həm də müştəri xidməti funksiyasını yerinə yetirən “Nar+” tətbiqinin onlayn çat xidmətinə son 3 ayda 76 mindən artıq sorğu daxil olub. Bu isə karantin rejimindən əvvəlki 3 ayla müqayisədə 3 dəfədən çoxdur.

Mobil operator rəsmi sosial meda səhifələri (“Facebook”, “İnstagram” və “Twitter”) vasitəsilə də operativ şəkildə abunəçilərinə xidmət göstərməkdə davam edir. Əvvəlki dövrlərlə müqayisədə karantin rejimi müddətində “Nar”ın sosial media kanallarına 57 minə yaxın abunəçinin sosial media səhifələrinə ünvanladığı sorğulara dərhal cavab verilib.

Qeyd edək ki, koronavirus infeksiyasının geniş yayılmasının qarşısını almaq məqsədilə, ölkədə tətbiq edilən karantin rejimi müddətində “Nar” səyyar xidmətlər göstərməkdə davam edir. “Səyyar Nar” layihəsi çərçivəsində Bakı - Abşeron və Sumqayıt ərazilərində yaşayan abunəçilər evlərini tərk etmədən "Nar" mərkəzlərində göstərilən xidmətləri birbaşa ünvanlarında əldə edə bilərlər. Qeyd edək ki, 3 ay ərzində “Səyyar Nar” layihəsi çərçivəsində 200-dən çox müştəriyə evində xidmət göstərilib. Bundan başqa, yeni “Nar” abunəçisi olmaq istəyənlər istədikləri nömrəni "narsim.az" vebsaytından seçə bilər və nömrə birbaşa abunəçinin evinə çatdırılır. Səyyar nömrə xidməti ilə 2500-dən çox nömrə sifarişi birbaşa abunəçilərin ünvanına çatdırlıb.

Ölkədə tətbiq edilən karantin rejimi müddətində “Nar” müştərilərinin müraciətlərini operativ şəkildə və fasiləsiz cavablandırmaqdadır. Abunəçilərinin evdən çıxmaması üçün mobil operatorun onlayn kanalları və 24/7 rejimində fəaliyyət göstərən 777 Çağrı Mərkəzi gücləndirilmiş rejimdə fəaliyyətini davam etdirir.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 8700-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib.

Xəbər 787 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib


BÜTÜN XƏBƏRLƏR +