“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


10.07.2020  12:28 

“Pandemiya hələ indi başlayır” - ABŞ-ın baş infeksionisti





A+  A-

ABŞ-ın baş infeksionisti və koronavirusla mübarizə üzrə işçi qrupunun baş mütəxəssisi Entoni Fauçi, qlobal pandemiyanın hələ yeni başladığını açıqlayıb.
XəzərNews.az "İnterfaks"a istinadən xəbər verir ki, Fauçinin sözlərinə görə, koronavirus ilə bağlı vəziyyət yaxın gələcəkdə daha da pisləşəcək, çünki hazırda infeksiya Braziliya, Cənubi Afrika və Asiyada təzəlikcə aktiv şəkildə yayılmağa başlayıb.

Bundan əlavə o bildirib ki, ABŞ hələ də vəziyyəti nəzarətə ala bilməyib. “Pis xəbər odur ki, bəzi ştatlar iqtisadi fəallığı bərpa etmək üçün məhdudiyyətlərin azaldılmasına çox tez başladılar. Bir çox insan, xüsusilə də gənclər tövsiyələrə əməl etmədilər. Nəticədə Kaliforniya, Arizona, Florida və Texas kimi ştatlarda yoluxma hallarının artdığını görürük ",-deyə Fauçi bildirib.

Fauçinin sözlərinə görə, qlobal COVID-19 pandemiyasının dayandırılması o halda mümkündür ki, ölkələr birlikdə mübarizə aparsınlar. Əks təqdirdə, koronavirusun daha bir neçə ay aktiv şəkildə yayılmağa davam edəcək.

Xəbər 1338 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +