“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


02.06.2020  13:24 

Parlament TƏSDİQLƏDİ - Sosial yardım 1 illik təyin olunacaq





A+  A-

Sosial yardımın təyin olunması müddəti azaldılıb.
XəzərNews.az-ın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan “Ünvanlı dövlət sosial yardımı haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanun layihəsinə əsasən, sosial yardımı almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunacaq.

Qüvvədə olan qanuna əsasən, bu müddət 2 il idi.

Qeyd edilib ki, ünvanlı dövlət sosial yardımının 2 il müddətinə təyin olunması, ailələrin bilərəkdən onların sosial yardım almaq hüququna və sosial yardımın məbləğinə təsir göstərən hər hansı məlumatları gizlətməklə sosial yardımın təyin olunmasına çalışmalarına səbəb olur. Ailənin gəlirləri dəyişkən olduğuna görə, uzunmüddətli təyinat zamanında sosial yardım işlərinə nəzarət çətinləşir, həm də ailənin gəlirində baş vermiş dəyişikliklə bağlı bilməyərəkdən məlumat verilmədikdə 1 illik məhdudiyyət tətbiq olunur. Həmçinin, aparılan monitorinqlər zamanı ailələrin qanunsuz hərəkətləri nəticəsində təyin olunmuş ünvanlı dövlət sosial yardımı işləri bəzi hallarda 1 ildən gec müddətə aşkar olunur ki, bu da dövlət büdcəsinin vəsaitinin itkisinə səbəb olur.

Təyinat müddətini qısaltmaqla, həm ailənin gəlirlərinin dəqiq müəyyənləşdirilməsi, həm də sosial yardım işlərinə nəzarət mexanizmi gücləndiriləcək.

Qanun layihəsi qəbul ediləcəyi təqdirdə, növbəti illərdə ünvanlı dövlət sosial yardımı və özünəməşğulluq proqramlarının genişləndirilməsi, həmçinin aktiv özünəməşğulluğa yönləndirilməsi proqnozlaşdırılır.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Xəbər 1362 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +