“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


21.04.2020  14:16 

Azərbaycanda bu il qəbul imtahanı bir dəfə keçirilə bilər





A+  A-

“Zaman məhdudiyyəti qoyulsa, ali məktəblərə qəbul imtahanı bir dəfə keçirilə bilər”.
XəzərNews.az xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə onlayn mətbuat konfransında deyib. O bildirib ki, hələ qaydalara görə, iki dəfə imtahan keçirmək imkanının olduğu görünür:

“Hazırda şərait buna imkan verir. Ancaq bizə müəyyən vaxt məhdudiyyəti qoyulsa, qəbul imtahanları bir dəfə ola bilər. Hələ ki, bizə deyilməyib, bir ay ərzində, yoxsa iki ay ərzində imtahanları keçirə bilərik. Ümid edirik ki, imtahanları iki dəfə keçirmək imkanımız olacaq. Ancaq buna hələ ki, sadəcə ümid edə bilirik.

Hər bir şəxsin bir dəfə imtahanda ödənişsiz olaraq iştirak etmək haqqı var. İmtahanların qaydaları bütün bölmələr üçün eynidir. Heç bir zaman ayrı-seçkilik olmayıb, olmayacaq. Bu nəslin taleyinə belə bir hadisə düşüb”.

Xəbər 728 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +