“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


26.02.2020  17:34 

Ərdoğanın Bakı səfərindən sonra Naxçıvanla sərhəd açıldı





A+  A-

Naxçıvan-Dilucu sərhəd məntəqəsində Türkiyə tərəfindən tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb və məntəqənin fəaliyyəti bərpa edilib. Azərbaycanda koronavirus infeksiyasının aşkarlanmamasına baxmayaraq, Türkiyənin Naxçıvan-Dilucu sərhəd məntəqəsini əvvəlcədən hər-hansı bir müzakirə aparılmadan və xəbərdarlıq edilmədən bağlaması ölkəmizin ictimaiyyətində təəccüb doğurmuş, narahatlıq yaratmışdı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana fevralın 25-də gözlənilən səfəri ərəfəsində coğrafi baxımdan həssas bölgədə yerləşən Naxçıvanla sərhədin bağlanmasına dair qərarın verilməsi birmənalı qarşılanmamışdı.
Məsələ ilə əlaqədar KİV-də çoxsaylı materiallar yayımlanmışdı. Məlumatlarda Azərbaycan ictimaiyyəti Türkiyənin Naxçıvanla sərhəd keçid məntəqəsini heç bir səbəb olmadan bağlamasını xoşagəlməz hal himi qiymətləndirirdi və bu qərarın ləğv olunacağına ümid edilirdi. Azərbaycan ictimaiyyəti həm də Türkiyə Prezidentinin ölkəmizə səfəri zamanı digər məsələlərlə yanaşı, sərhədin bağlanmasının da yüksək səviyyədə müzakirə olunacağını və anlaşılmazlığın aradan qaldırılacağını gözləyirdi.

XəzərNews.az xəbər verir ki, Türkiyə Prezidentinin ölkəmizə səfəri zamanı keçirilən Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclasında Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun da iştirak etməsi və onun Prezident İlham Əliyevin bilavasitə yanında oturması da diqqətdən yayınmayıb.

Bütün bunlar onu deməyə əsas verir ki, Naxçıvan-Dilucu sərhəd məntəqəsi ilə bağlı yaranmış problemin aradan qaldırılması Azərbaycan Prezidentinin xüsusi diqqətində olub, dövlət başçıları arasında aparılan danışıqlarda bu məsələ də qaldırılıb və Azərbaycanda koronavirus aşkar olunmadığı, bununla əlaqədar müvafiq profilaktik tədbirlərin görüldüyü Türkiyə tərəfinin diqqətinə çatdırılıb. Məhz bunun nəticəsidir ki, bu gün Prezident R.T.Ərdoğanın tapşırığına əsasən, Naxçıvan-Dilucu sərhəd məntəqəsində Türkiyə tərəfindən tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb və məntəqənin fəaliyyəti bərpa edilib.

Xəbər 1320 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +