“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


18.02.2020  17:05 

Bu dairədən də 5 məntəqə ləğv edildi





A+  A-

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 79 saylı İmişli seçki dairəsindən daxil olmuş müraciətə baxılıb.
XəzərNews.az xəbər verir ki, məsələ barədə MSK üzvü Baxşeyiş Əsgərov məlumat verib. Həmin dairədən qeydə alınmış namizədlər Hüseynli İlqar, Əkbərli İltizam və Fərzəliyev Murad müraciətlərində əksər seçki məntəqələrində qanun pozuntularına yol verildiyini qeyd edib və həmin dairədə seçkinin nəticələrinin ləğv edilməsini istəyiblər. İki namizədin araşdırmada iştirakı təmin edilib.

İ. Hüseynli böyük əksəriyyət məntqələrdə seçki pozuntularının olduğunu qeyd edib və araşdırmaya bir ədəd videomaterial təqdim edib. Digər namizəd Fərzəliyev araşdırmaya çoxlu sayda videomaterial, protokollar təqdim edib. Araşdırma zamanı hər iki namizəd MSK-da olub. Hər videogörüntü üzrə qiymətləndirmə aparılıb. Məlum olub ki, 2 məntəqə üzrə seçki qanunvericiliyinin tələblərini pozulub. Bunlar 14 və 23 saylı məntəqələrdir. Həmçininn 16, 21, 25 saylı məntəqələrdə seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən pozuntular aşkar olunub.

Beləliklə, MSK qərara alıb ki, sözügedən 5 məntəqədə seçkilərin nəticəsi etibarsız hesab edilsin.

MSK sədri Məzahir Pənahov bildirib ki, proseslər başa çatandan sonra məsələlər araşdırılmağa davam edəcək: “ İstənilən halda komissiya günahkardır ki, bu hallar baş verib”.

Xəbər 1690 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +