İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


05.02.2020  21:18 

İstanbulda təyyarə uçuş zolağından çıxıb parçalandı, 52 yaralı





A+  A-

İstanbulun Sabiha Gökçen hava limanında sərnişin təyyarəsi uçuş zolağından çıxıb.
XəzərNews.az “Hürriyet”ə istinadən xəbər verir ki, “Pegasus" hava yollarına məxsus İzmir-İstanbul aviareysi üzrə hərəkət edən təyyarə dəniz üzərindən eniş zamanı sürüşərək zolaqdan çıxıb və parçalanıb.

Hadisə yerinə xeyli sayda yanğınsöndürən, təcili tibbi yardım maşınları, polis göndərilib. Türkiyənin Nəqliyyat, Dənizçilik və Rabitə Nazirliyinin məlumatına görə, təyyarədə 177 nəfər sərnişin olub. Hər hansı itki yoxdur.

Bütün uçuşlar İstanbul Hava Limanına yönləndirilib. Hava limanına yaxın xəstəxanalar hazır vəziyyətə gətirilib.

Faktla bağlı Anadolu Cümhuriyyət Baş Prokurorluğu araşdırmalara başlayıb.

***

Məlumata görə, təyyarədəki 171 sərnişin, 6 heyət üzvündən 21 nəfər yaralanıb. Onlar xəstəxanaya yerləşdiriliblər.

***

Yaralıların sayı artaraq 52 nəfərə çatıb.

Xəbər 1190 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +