İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


27.12.2019  15:52 

Suriyada ABŞ və Rusiya hərbçiləri arasında dava olub





A+  A-

Suriyanın şərqində Rusiya və ABŞ hərbçiləri arasında dava baş verib.
XəzərNews.az xəbər verir ki, bu barədə Suriya İnsan Haqları Rəsədxanası (SOHR) təşkilatı məlumat yayıb.

SOHR-in məlumatına görə, hadisə dekabrın 25-də Əl-Həsaka əyalətində yerləşən Tel -Tamer şəhərində olub. Amerikalıların kəndə yerli sakinlərdən məlumat almaq üçün gəldikləri, ancaq ABŞ Prezidenti Donald Trampın əvvəllər bölgədən qoşun çıxarmaq qərarına gəldiyinə görə onları xəyanətdə günahlandırdıqları qeyd olunur.

Sonra rus hərbçiləri Tel- Tamerə gedib. İki dövlətin əsgərləri arasında mübahisə yaranıb və bu da dava ilə nəticələnib. Xəsarət alan olmayıb. Silahdan istifadə edilməyib.

Xatırladaq ki, cari ilin oktyabrın sonunda Amerika qüvvələri Suriyadakı bir neçə hərbi bazanı tərk etdikdən sonra ora Rusiya Silahlı Qüvvələri tərəfindən işğal edilib.

Xəbər 842 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +