“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


19.12.2019  09:58 

“Papanin” və “Xutor”da böyük söküntü BAŞLAYACAQ





A+  A-

Hələ 2014-cü ildə Nəsimi rayonu İcra Hakimiyətinin başçısı Nəsib Məhəməliyevin dövründə “Papanin”, “Xutor” adlanan ərazilərdə böyük söküntü olacağı anonsu verilmişdi. O zamankı başçı bildirmişdi ki, metro tikintisilə əlaqədar ərazidəki 101 fərdi ev söküləcək, sahiblərinə kompensasiya ödəniləcək.
Ərazi həm də yeni metrostansiyanın istifadəyə veriləcəyilə bağlı diqqət mərkəzindədir. Çünki “Bakı Metropoliteni” QSC “Papanin” adlanan ərazidə şərti adı B-3 olan stansiyanın 2020-ci ildə istifadəyə veriləcəyini açıqlayıb.

Bəs yeni açılacaq stansiyanın ətrafındakı “gecəqondu” adlanan evlərin aqibəti necə olacaq?

XəzərNews.az-ın məlumatına görə, məsələ ilə bağlı Nəsimi rayonu İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorunun müdiri Elgün Əlizadə Modern.az-a bildirib ki, hələlik söküntü işləri təxirə salınıb:

“Ümumilikdə bu barədə dəqiq məlumat yoxdur. Amma böyük ehtimalla söküntü işlərinə stansiyanın açılışından sonra baxılacaq. “Papanin”, “Xutor” ərazilərindəki söküntülər böyük layihələrdir. Onlar planlaşdırılmalı, maliyyə ayrılmalıdır ki, söküntü işlərinə başlanılsın. Bunlar dövlət tenderləri olduğu üçün maliyyə vəsaiti tələb edilir. Qəzalı evlərin, binaların hamısı tədricən söküləcək”.

Layihənin yekunlaşmasına gəlincə, şöbə müdiri bunun işlərə başlanıldıqdan sonra bəlli olacağını diqqətə çatdırıb.

Xəbər 1427 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +