İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


18.09.2019  19:46 

Netanyahu xalqı seçim qarşısında qoydu





A+  A-

İsrailin Baş Naziri Binyamin Netanyahu parlament seçkilərinin ilkin nəticələrini şərh edib.
XəzərNews.az xəbər verir ki, Knessetdə ikinci yeri tutan “Likud”un rəhbəri Tvitterdə xalqa müraciət edərək onları seçim qarşısında qoyub:

“İki variant var: ya başçılıq etdiyim hökumət, ya da ərəb ölkələrinə söykənən təhlükəli hökumət. İndiki vaxtda antisionist ərəb partiyalarına tərəf olan hökuməti seçmək olmaz”.

Qeyd edək ki, Netanyahu gələn həftə BMT Baş Assambleyasının iclasına qatılmayacaq. Onu Xarici İşlər naziri İsrael Kats əvəzləyəcək.

Xatırladaq ki, parlamentə keçirilən seçkilərdə səslərin 90%-i hesablanıb. Hakim partiya “Likud” 1 yerlə “Kahol-Lavan”a uduzur. “Kahol-Lavan” ərəb dövlətləri ilə regional görüşlərin təşkilini təklif edir. Knessetdə üçüncü qüvvə isə “Birləşmiş siyahı” - ərəb partiyaları ittifaqı olacaq.

Səsvermənin rəsmi nəticələri sentyabrın 25-də açıqlanacaq.

Xəbər 842 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +