“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


18.09.2019  16:18 

“Qiymətlər böyük sıçrayışla artır, 1 illik dondurmalıyıq”





A+  A-

“Xüsusən son 1 ildə Azərbaycan iqtisadi sıçrayış edib. Lakin bunun əhəmiyyətini insanlar o qədər də hiss etmirlər. Çünki bizim iş adamları əhali ilə sosial əməkdaşlığa getmirlər. Bazarda qiymətlər çox yüksəkdir”.
XəzərNews.az xəbər verir ki, bunu deputat Araz Əlizadə bu gün Əmək və sosial siyasət komitəsinin iclasında deyib. O, təklif edib ki, müəyyən dövr üçün tənzimlənən bazar iqtisadiyyatına qayıdılmalıdır: “Hər il cənab prezident pensiyaların məblğinə indeksaysiya edir. Maaşlar qaldırılıb. Təqaüdlər artıb. Lakin qiymətlər çox böyük sıçrayışla artır. Ona görə də bunun əhəmiyyətini insanlar hiss etmir. Çalışıb elə mexanizm tapmalıyıq ki, 1 il müddətinə qiymətlər dondurulsun. 1 ildən sonra respublika üzrə inflyasiyanın faizi nə qədər olacaqsa, o qədər də qiymətlərin artmasına icazə verərik. Əks təqdirdə bizdə biznes yox, möhtəkirlik baş alıb gedir”.

Deputat həmçinin çıxışında “uşaqpulu” məsələsinə də toxunub. O bildirib ki, hara gedirlərsə valideynlər onlardan bu məsələni soruşur:

“Gəlin çoxuşaqlı ailəni 3 uşaqla hesablayaq. Bu, bütün dünyada belədir. Hər ay dövlət uşağı olan ailəyə ya 100, ya 200 manat pul verməlidir. Həmin uşaqlar vətən üçün böyüyürlər. Sabah orduya çağıracaqlar. Deyəcəklər ki, gəl, vətəni qoru, canından keç. Bəs, o uşaq sual verməzmi ki, bəs Vətən mənim üçün nə edib? Analar əlinə zənbil alıb küçələri gəzib meyvə-tərəvəz satıb balalarını dolandırmalı deyil. Anaların əsas vəzifəsi uşağını tərbiyə etməkdir. Ancaq ana bu işləri görürsə, tərbiyəyə yer ayıra bilməz”.

Xəbər 959 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +