İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti


18.05.2019  14:11 

“Nar TV” istifadəçilərinin sayı 117% artıb





A+  A-

Azərbaycan telekommunikasiya bazarının ən innovativ məhsullarından olan “Nar TV” tətbiqində qeydiyyatdan keçənlərin sayı 117% artıb.
XəzərNews.az xəbər verir ki, hər zaman gənc nəslin dinamik tələblərinə cavab verməyi hədəfləyən “Nar”-ın təqdim etdiyi bu xidmətdən yararlananların seçiminə bir çox amillər təsir edir. Mobillik vəd edən tətbiq, zaman və məkan məhdudiyyəti olmadan istifadəçilərə mobil telefonlarda və ya tabletlərdə sevimli TV verilişlərini, film və serialları izləmə imkanı verir. Bundan başqa, istifadəçi təcrübəsinin yaxşılaşdırılması məqsədilə davamlı olaraq yenilənmələr aparılır və sistemə düzəlişlər edilir.

Xidmətin digər önəmli üstünlüklərindən biri də azyaşlı izləyicilərin tətbiqdə yalnız faydalı və uyğun kontenti izləməsi üçün valideyn nəzarət funksiyasının olmasıdır. Belə ki, xüsusi kanalları PİN kod vasitəsilə məhdudlaşdırmaq mümkündür.

“Nar TV” tətbiqi ilə seçilmiş filmləri Azərbaycan dilində də izləmək mümkündür. Qeyd edək ki, “Nar TV” tətbiqində hər kəsin zövqünə uyğun filmlərin mövcudluğunu təmin etmək üçün siyahıya mütəmadi olaraq yeni çıxan filmlər əlavə edilir. “Nar”-ın təqdim etdiyi bu məhsulun bütün üstünlüklərindən faydalanmaq üçün istifadəçilər “Google Play” və “App store”-dan yenilənmiş tətbiqi yükləməlidir. “Nar TV” haqqında daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz: nar.az

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7400-dən artıq baza stansiyası ilə 2,2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

Xəbər 1013 dəfə oxunub.




13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb

11.05.2024  17:01 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +