“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


21.03.2019  19:41 

“Məlumatı təkzib etmək lüzumsuzdur” - FHN-dən BNA-ya cavab





A+  A-

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda sərnişin avtobusunda qeydə alınan yanğın hadisəsinin Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən təkzib edilməsinə münasibət bildirib.
XəzərNews.az xəbər verir ki, FHN-nin mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı “Report”a açıqlamasında hadisəsin qeydə alınması dəqiq olduğunu bildirib:

“FHN-nin saytında dərc olunan operativ məlumatları təsdiq və ya təkzib etməyi lüzumsuz görürəm. Ona görə ki, dərc olunan bütün informasiyalar konkret olaraq reallığı tam şəkildə əks etdirir. FHN-in saytında yayımlanan məlumatları dəqiqləşdirmək lüzumsuzdur”.

Qeyd edək ki, FHN səhər saatlarında Bakıda “İveco” markalı sərnişin avtobusunun mühərrik hissəsinin yanması və yanğının söndürüldüyü barədə məlumat yayıb. BNA isə paytaxtda sərnişin avtobusunun yanması barədə xəbəri təkzib edib. Bildirib ki, martın 21-də “BakuBus” MMC-yə aid iki sərnişin avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş versə də, hər hansı yanğın hadisəsi qeydə alınmayıb.

Xəbər 702 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +