“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


22.02.2019  16:11 

“Leyla Şıxlinskaya” işi üzrə hökm oxundu





A+  A-

“Leyla Şıxlinskaya”nın klinikasının mənimsəmədə təqsirləndirilən əməkdaşlarının cinayət işi üzrə proses yekunlaşıb.
XəzərNews.az Bizimyol.info-ya istinadən xəbər verir ki, klinikanın keçmiş baş mühasibi Şəhla Abbasova, Polad Əliyev, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüsiyeva, Yelena Abdullayevanın cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Hakim Əfqan Hacıyevin sədrlik etdiyi kollegiyanın hökmü ilə təqsirləndirilən şəxslərə şərti cəza verilib.

Qeyd edək ki, prokuror çıxışında Ş.Abbasovanın 9 il, Y.Abdullayevanın 2 il, S.Qasımova, Aytən Hüseynova və Mədinə Hüseyevanın isə hər birinin 5 il müddətinə azadlıqdan məhrum edilməsini və onların məhkəmə zalında həbs olunmasını istəmişdi.

İttiham aktına əsasən, həmin şəxslər Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-ci (mənimsəmə, külli miqdarda) maddələri ilə ittiham olunurlar. Ekpertiza rəyinə əsasən, zərərçəkmişə 56 min manat ziyan dəyib. Onlar məhkəmə istintaqı dövründə dəymiş ziyanı ödəyiblər.

İstintaq zamanı təqsirləndirilən şəxslərin barəsində həbs qətimkan tədbiri seçilməmişdi.

Xəbər 1549 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +