İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti


11.02.2019  15:48 

“Minimum əməkhaqqı davamlı olaraq artırılacaq”





A+  A-

“Minimum əməkhaqqı davamlı olaraq artırılacaq".
XəzərNews.az-ın məlumumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək siyasəti şöbəsinin müdiri Əbülfət Məhərrəmov jurnalistlərə açıqlamasında bildirib.

Ə.Məhərrəmovun sözlərinə görə, beynəlxalq təcrübədə əmək haqlarının paket şəkilində verilməsi, qeyri-rəsmi məşğulluğun bir növü kimi qiymətləndirilir:

"Minimum əməkhaqqının artırılması qeyri- rəsmi məşğulluğun arada qaldırılması kimi qəbul etmək lazımdır. Bu zaman əməkhaqqının qeyri-rəsmi verilən hissəsi rəsimləşmiş olur. İşəgötürən ixtisassız şəxslərə əmək haqqını 180 manatdan az verməməlidir. Qeyri-rəsmi verilən əməkhaqqının iqtisadiyyatımıza mənfi tərəfləri çoxdur. İşçi bundan gəlir vergisi vermir, dövlətə daxil olmalar azalır. Büdcəyə daxilolmalar artıqca, əhalinin sosial müdafiəsinin yaxşılaşmasına daha çox vəsait ayrılır".

Ə.Məhərrəmov qeyd edib ki, bazar iqtisadiyyatı şəraitində bəzi işəgötürənlərin işçilərə öz mövcud imkanlarından daha az əməkhaqqı vermələri düzgün deyil:

“Minimum əməkhaqqının iqtisadi imkanlarından uyğun olmayan, bunun aşağı olmasından istifadə edən işəgötürənlər bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq əməkhaqqı verəcəklər. Bununla da dövlət sosial fonduna ödənişlər artacaq, vətəndaşlarımızın pensiya təminatı yaxşılaşacaq. İqtisadiyyatın bir çox sahələrinə müsbət təsirini göstərəcək. Bununla da işçi özünün pensiya təminatı üçün pensiya kapitalının toplanmış olacaq ki, gələcəkdə onun pensiyası yüksək məbləğdə tənzimlənəcək".

Şöbə müdiri bildirib ki, zamanla əmək haqqının real səviyyəyə uyğunlaşması təmin olunacaq:

“Bu yenilik özəl sektorlarda çalışan ən azı 150 min nəfərə təsir göstərəcək. Amma bunun əhatə dairəsi daha da geniş ola bilər. Özəl sektorda əsasən, bəzi xidmət sahələrində - avtomobil təmiri xidmətləri, çörək sexləri, hüquq şəxs statusunda olan ticarət sahələrində çalışanların əməkhaqları minimum əməkhaqlarına uyğun veriləcək".

Qeyd edək ki, Prezient İlham Əliyevin 8 fevral 2019-cu il tarixli Sərəncamı ilə cari il martın 1-dən minimum əmək haqqının 38,5 faiz (50 manat) artırılaraq 180 manata çatdırılması dövlət büdcəsindən maliyyələşən təşkilatlarda və özəl sektorda çalışan azı 600 min işçinin əmək haqqının artmasına imkan verəcək. Dövlət büdcəsindən maliyyələşən təşkilatlar üzrə bu artım əmək haqları Vahid Tarif Cədvəli (VTC) üzrə ödənilən 450 mindən çox işçiyə şamil olunacaq. Eyni zamanda, minimum əmək haqqı artımı özəl sektorda çalışan və əmək haqqı 180 manatdan az olan işçilərin (ilkin hesablamalara əsasən azı 150 min nəfər) əmək haqqının artmasına səbəb olacaq. Dövlət başçısının yeni Sərəncamı ilə minimum əmək haqqının artırılması muzdla çalışanların azı 40%-nin əmək haqlarının artmasına imkan verəcək. Minimum əmək haqqının artırılması üçün dövlət büdcəsindən illik 400 milyon manat, 2019-cu ilin 10 ayı (mart-dekabr) 335 milyon manatadək əlavə vəsait ayrılacaq.

Xəbər 1215 dəfə oxunub.




13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb

11.05.2024  17:01 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +