“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


22.12.2018  17:39 

İlham Əliyev 2019-cu il dövlət büdcəsini təsdiqlədi





A+  A-

Prezident İlham Əliyev 2019-cu il Azərbaycanın dövlət büdcəsi haqqında qanunu təsdiq edib.
XəzərNews.az-ın məlumatına görə, 2019-cu il dövlət büdcəsinin gəlirləri 23 168 000,0 min manat, xərcləri 25 190 000,0 min manat (o cümlədən mərkəzləşdirilmiş gəlirləri 22 429 234,0 min manat, yerli gəlirləri 738 766,0 min manat, mərkəzləşdirilmiş xərcləri 24 347 188,0 min manat, yerli xərcləri 842 812,0 min manat) məbləğində təsdiq edilib.

2019-cu il dövlət büdcəsinə vergi daxilolmaları Vergi Məcəlləsi ilə müəyyən edilmiş vergi dərəcələrinə uyğun olaraq hesablanır.

Azərbaycanda istehsal edilən və qiymətləri tənzimlənən məhsulların ixracı zamanı məhsulların kontrakt (satış) qiyməti ilə (ixracla bağlı xərclər çıxılmaqla) ölkədaxili topdansatış qiyməti arasındakı fərqdən dövlət büdcəsinə 30 faiz həcmində yığım tutulur və bu yığımlar vergiödəyicisinin vergilər, faizlər, maliyyə sanksiyaları və inzibati cərimələr üzrə digər borclarının ödənilməsinə aid edilmir.

Azərbaycanın şəhər və rayonları üzrə gəlirlər 7.316.000.000,0 manat, o cümlədən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məqsədli büdcə fonduna aid olan məbləğ 120.800.000,0 manat, yerli xərclər 842.812.000,0 manat, gəlirlərin yerli xərclərdən artıq olan və mərkəzləşdirilmiş gəlirlərə aid edilən hissəsinin məbləği 6.456.434.000,0 manat, yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən ayrılması nəzərdə tutulan vəsaitin yuxarı həddi 104.046.000,0 manat məbləğində təsdiq edilib.

Dövlət büdcəsi kəsirinin yuxarı həddi 2 022 000,0 min manat məbləğində təsdiq edilib.

Azərbaycanın 2019-cu il icmal büdcəsinin xərclərinin yuxarı həddinin məbləği 27 155 796,1 min manat müəyyən edilib.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) gəlirləri nəzərə alınmadan, Azərbaycanın 2019-cu il icmal büdcəsi kəsirinin yuxarı həddinin məbləği 13 586 300,0 min manat məbləğində müəyyən edilib.

Bu qanun 2019-cu il yanvarın 1-dən qüvvəyə minir.

Xəbər 886 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +