“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


16.11.2018  14:17 

BDU təhsil haqlarından ildə 25 milyon AZN gəlir əldə edir?





A+  A-

Məlum olduğu kimi, ölkə başçısı İlham Əliyevin sərəncamı ilə Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov vəzifəsindən azad edildi. Məhərrəmov nə az, nə çox düz 19 il idi ki, BDU-nun rektoru postunda fəaliyyət göstərirdi.
Bu ərəfədə isə ilk ağıla gələn bu illər ərzində BDU-da təhsil haqlarından gələn gəlirlərdir.

XəzərNews.az-ın məlumatına görə, bu barədə İqtisadiyyat.az saytına açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirdi ki, BDU-da hal-hazırda 23 min tələbə oxuyur. Onlardan 17 mini ödənişli əsaslarla, qalanı isə dövlət hesabına təhsil alır. Universitetdə ən yüksək ödəniş haqqı isə hüquq fakültəsindədir. Bu fakültədə təhsil alan 960 nəfər tələbə hər il 4500-4800 arası məbləği universitetin büdcəsinə köçürür. Digər fakültələrdə isə təhsil haqları 1800-2900 AZN arası dəyişir.

Təqribi hesablamalara görə, ölkənin ən qocaman universitetinin büdcəsinə ödənişli əsaslarla təhsil alan tələbələrdən illik 25 milyon manata yaxın vəsait daxil olur.

Ən maraqlısı isə odur ki, universitetə bu qədər vəsait daxil olsa da, kommunal xərclərini qarşılaya bilmir. İddialara görə, BDU 10 milyon manata yaxın kommunal borcu var.

Qeyd edək ki, mövzu ilə bağlı BDU-nun əməkdaşları ilə əlaqə saxlasaq da qarşı tərəf cavab verməyib.

Xəbər 1397 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +