İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


16.11.2018  09:16 

Süni zəka Feysbuk və İnstaqramda narkotik alverçilərini təyin edəcək





A+  A-

Bu ilin yazında ABŞ konqresmenləri Feysbuk sosial şəbəkəsinin narkotik alverçiləri üçün açıq-aşkar platformaya çevrilməsi səbəbindən Mark Zukerberqi sərt şəkildə tənqid etmişdilər.
XəzərNews.az Technote-yə istinadən xəbər verir ki, indi isə sosial şəbəkədə narkotik alveri ilə bağlı şübhəli paylaşımların analizini süni zəkaya həvalə ediblər. Belə ki, xüsusi alqoritmlər bu analizi moderator qismində çalışan insanlardan daha sürətli edəcəklər.

Beləliklə, Feysbuk və İnstaqram sosial şəbəkələr sayəsində öz müştəriləri ilə əlaqə yaradan narkotik alverçilərini süni zəka vasitəsilə təyin etmək işinə keçirlər. Yeni sistem narkotik vasitələrin əks olunduğu fotoları sürətli şəkildə silməyə qadirdir. Sistem bunu hətta istifadəçilərin həmin fotonu şikayət etməmiş silməyi bacarır:

“Bizim texnologiyamız nəinki qadağan olunmuş maddələrin əks olunduğu fotoları, həmdə onların satışı ilə bağlı niyyətləri, qiymətləri, narkotik alverçilərinin telefon nömrələrini və onların sosial şəbəkə hesablarının linklərini də təyin etməyi bacarır”, - deyə Feysbukun açıqlamasında bildirilib.

Bu texnologiyanı digər şirkətlər də təkmilləşdirərək istifadə edə biləcəklər. Onların arasında “Google” və “Twitter” kimi şirkətlər var.

Xəbər 1030 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +