İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


25.10.2018  10:58 

Millət vəkilləri 5 il ərzində 14 nəfəri öldürüb





A+  A-

Rusiyanın Sibir vilayətində 1995-2000-ci illərdə 14 nəfəri öldürməkdə ittiham olunan 3 millət vəkili saxlanılıb.
XəzərNews.az xəbər verir ki, bu barədə Rusiyanın Lenta.ru saytı məlumat yayıb.

"Ötən həftə Çita şəhər dumasının deputatı Aleksey G. və sabiq millət vəkili Dmitri N. saxlanılıblar. İstintaq nəticələrinə görə, onlar "Klyuçevski" cinayətkar qruplaşmasının tərkib hissəsidirlər və 1995-2000-ci illər ərzində 12 nəfərin öldürülməsində iştirak ediblər", - deyə mənbə bildirib.

Tutulanlar arasında İrkutsk vilayətinin deputatı Aleksandr P. də var. Onun adı isə 1997-ci ildə "Klyuçevski" qruplaşmasının 2 üzvünün ölümündə hallanır.

Aleksandr P. oktyabrın 18-də saxlanılıb.

Araşdırmalara görə, Aleksandr P. Çita cinayətkar qruplaşmasının aktiv üzvlərindəndir. Barəsində qaldırılan 2 cinayətdən əlavə digər o, daha 3 cinayət, oğurluq və adam qaçırma da daxil olmaqla bir sıra başqa ağır cinayətlərinin törədilməsində də şübhəli bilinir.

Xəbər 1229 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +