Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


18.10.2018  17:19 

Azərbaycanda “Televiziya və radio yayımı haqqında” Qanun dəyişir





A+  A-

Bu gün Milli Məclisin Mədəniyyət komitəsinin iclası keçirilib.
XəzərNews.az-ın məlumatına görə, komitə sədri Rafael Hüseynov iclası açaraq 18 oktyabrın Azərbaycan tarixindəki önəmindən, ölkəmizin müstəqillik tarixindən danışıb, Müstəqillik günü münasibətilə təbriklərini çatdırıb.

Komitə sədri bildirib ki, gündəliyə “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Qanuna və bununla əlaqədar olaraq “Televiziya və radio yayımı haqqında”, “İctimai televiziya və radio yayımı haqqında” və “Teatr və teatr fəaliyyəti haqqında” qanunlara (üçüncü oxunuş) dəyişikliklər edilməsi barədə məsələlər daxildir.

“Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Qanunda nəzərdə tutulan dəyişikliyə görə televiziya və videofilmlərdə, teatr tamaşalarında, radio, televiziya, video və kinoxronika proqramlarında, uşaqlar üçün nəzərdə tutulan audiovizual əsərlərdə tütün məmulatlarının və tütün istifadəsi prosesinin təbliğat məqsədilə nümayiş etdirilməsi, həmçinin tütün məmulatlarının və tütün istifadəsi prosesinin təbliğat məqsədilə nümayiş etdirildiyi əsərlərin, tamaşaların, proqramların efirdə, kabel yayımı vasitəsilə açıq yayımlanması qadağan edilir.

Bununla əlaqədar olaraq “Televiziya və radio yayımı haqqında”, “İctimai televiziya və radio yayımı haqqında” və “Teatr və teatr fəaliyyəti haqqında” qanunlara eyni məzmunlu əlavələr edilir.

Qeyd olundu ki, hər üç qanunda nəzərdə tutulan dəyişikliklər “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Qanuna uyğunlaşdırma məqsədi daşıyır.

Çıxış edən komitə üzvləri Elmira Axundova, Jalə Əliyeva, Fəzail İbrahibli təqdim olunan dəyişiklikləri dəstəklədilər və qanun layihələrini üçüncü oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə ediblər.

Xəbər 1354 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib


BÜTÜN XƏBƏRLƏR +