Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


28.09.2018  13:43 

Bakı metrosunda yeniliklər OLACAQ





A+  A-

“Şəhərdə əhalinin sıxlığını nəzərə alaraq, yeni tikilən metro stansiyaların platformaları daha geniş olacaq, 7 vaqon qoşula bilən qatarlar istifadə ediləcək”.
XəzərNews.az bildirir ki, bunu Modern.az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. O xatırladıb ki, hazırda köhnə yaşıl-qırmızı xətdə bir qatarda 5 vaqon qoşula bilir:

“Mövcud xətdə vaqonların artırılması mümkün deyil. Metro tikilən ilk illərdə qatarlara 3 vaqon qoşulub. Sonradan bu, 4-ə çatdırılıb. 1980-ci illərdən etibarən isə qatarlara 5 vaqonun qoşulmasına nail olunub. Əvvəlki stansiyalarda platformalar genişləndirib, 7 vaqonluq qatarların istifadəsinə nail olmaq üçün infrastruktur tamamilə yenilənməlidir.

2008-ci ildə prezidentin sərəncamı ilə Metropolitenin inkişafı üzrə araşdırmalara başlanıb. 2010-cu ildə yekunlaşan araşdırmalar zamanı sosial-iqtisadi təhlillər aparılıb, ictimai nəqliyyat üzrə sərnişinlər arasında sorğu keçirilib, sərnişinlərin ictimai nəqliyyata tələbatı öyrənilib. Bu zaman gediş-gəlişin orta məsafəsi, səbəbi və tezliyi müəyyən edilib və hərəkət intensivliyini yaradan mərkəzlərin - təhsil, səhiyyə, mədəniyyət ocaqlarının, nəqliyyat qovşaqlarının, stadionlar və s. əsas rolu öyrənilib. Bütün bunlar gələcək stansiyalar tikilərkən nəzərə alınacaq”.

Metronun hər zamankı kimi, ən rahat və təhlükəsiz nəqliyyat vasitəsi olaraq qalacağını vurğulayan B, Məmmədov yeni stansiyaların tikilməsi prosesinin davam etdiyini də diqqətə çatdırıb:

“Metrostansiyaların inşası ilə bağlı gələcək planlara əsasən, yaşıl-qırmızı xəttin ayrılması da nəzərdə tutulur. Bu o deməkdir ki, “28 may” metrostansiyası, “Cəfər Cabbarlı” və digər stansiyaların yükü azalacaq. Beləliklə, sərnişinlərin metroya daxil olmasını, hərəkət istiqamətləri də dəyişəcək. Məsələn, inşa edilməsi nəzərdə tutulan “Həzi Aslanov 2” metrostansiyasının “Xətai” stansiyası istiqamətində inkişafı planlaşdırılır.

Sərnişinlərin çox az istifadə etdiyi stansiyalarda hərəkətin artırılması üçünsə, yerüstü infrastrukturun inkişaf etdirilməsi ilə bağlı təkliflər verilir. Həmin ərazilərdə insanların məskunlaşması, iqtisadi inkişafın bərqərar olunması nəticəsində metro istifadəçilərinin də sayı tədricən artacaq”.

Qurum sözçüsü əlavə edib ki, hazırda 3-cü mikrorayon, “Papanin” istiqamətində yeni metrostansiyanın tikintisi aparılır:

“Bu stansiyanın 2020-ci ilin əvvəlində sərnişinlərin istifadəsinə verilməsi gözlənilir. “Avtovağzal” stansiyasında olduğu kimi, bu stansiya da müasir tələbata uyğun, yeni sistemlə inşa edilir”.

Xəbər 1422 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb

11.05.2024  17:01 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +