“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


12.09.2018  22:19 

“Hacı Mazan”a qarşı xuliqanlıq maddəsi ilə cinayət işi açıldı





A+  A-

“Hacı Mazan” kimi tanınan iş adamı Ramazan Zeynalovun və adamlarının binasında yaşayan sakinin evinə hücum çəkməsi ilə bağlı Bakı Şəhər Prokurorluğunda cinayət işi başlanıb.
XəzərNews.az BakuPost-a istinadən xəbər verir ki, istintaq faktı xuliqanlıq kimi qiymətləndirib və Cinayət Məcəlləsinin 221-ci maddəsi (xuliqanlıq) ilə tövsif edib.

İstintaqın gedişində cinayət işinin CM-in 221-ci maddənin hansı bəndi üzrə araşdırılacağı məlum olacaq. Hadisənin bir qrup tərəfindən törədildiyini nəzərə alsaq, faktın CM-in 221.2-ci maddəsi ilə araşdırılacağı gözlənilir. Bu maddəyə görə təqsirləndirilən şəxs və ya şəxsləri iki ilədək müddətə islah işləri və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir.

Məsələ ilə bağlı Hacı Mazanla əlaqə saxlanılıb. O, suallara cavab verməyərək telefonunu söndürüb: “Mənə heç bir sual verməyin. Sizi eşitmirəm, Bakıda deyiləm, Naxçıvandayam...”.

Xatırladaq ki, “Hacı Mazan” və adamları Binəqədi rayonunda “İnam Bayram” MTK-nın inşa etdiyi binada Faiq Seyfullayevin mənzilinə hücum edərək, orda çəkiliş aparan Xəzər TV-nin əməkdaşlarına zor tətbiq edib, mənzil sahibini isə döyüblər. Nəticədə Faiq Seyfullayev ağır bədən xəsarətləri alıb.


Xəbər 1112 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +