“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


04.09.2018  10:21 

“Bu, bizim üçün yeni imkandır” - Nursultan Nazarbayev





A+  A-

“Prezident İlham Əliyevin dediyi kimi, Qafqazdan keçməklə Türküstandan Qara dənizə dəmir yolu istifadəyə verilib. Bununla yanaşı, Qazaxıstanın Kurık və Aktau limanlarının yükötürmə qabiliyyəti 26 milyon tona çatıb. Həmçinin Qazaxıstandan, Türkmənistandan və İrandan Körfəz ölkələri bazarlarına daxil olmağa imkan verən dəhlizi qeyd etmək lazımdır. Çindən Qazaxıstan vasitəsilə Xəzər dənizinə, Qafqaz regionuna və Avropaya konteynerlərin daşınması bizim üçün ticari-iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi baxımından yeni imkanlardır".
XəzərNews.az xəbər verir ki, bunu Qırğız Respublikasında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VI Zirvə görüşündə Qazaxıstan Prezidenti Nursultan Nazarbayev bildirib.

Qazaxıstan Prezidenti 2015-ci ildə keçirilən Astana Sammitindən ötən dövrdə türkdilli dövlətlər arasında əməkdaşlığın daha da inkişaf etdiyini, siyasi, iqtisadi, sosial və digər sahələrdə əlaqələrin möhkəmləndiyini diqqətə çatdırıb.

Nursultan Nazarbayev Novruz bayramının ortaq tədbirlərlə qeyd olunmasının mədəniyyət sahəsində əməkdaşlıq baxımından önəmini qeyd edib: "Onu da deyim ki, bizim sədrliyimiz dövründə elmi maarifləndirmə işlərinə xüsusi diqqət yetirilib. Belə ki, Azərbaycanın, Türkiyənin, Qırğızıstanın və Qazaxıstanın məktəb proqramlarına “Ümumtürk tarixi” dərsliyi daxil edilib. Türk Akademiyası tərəfindən tarix üzrə 90-dan çox kitab nəşr edilib, xalqlarımızın dörd əsrlik mədəniyyət mirasının toplandığı “Atalar mirası” portalı istifadəyə verilib, “Türkbarometr sosioloji tədqiqat” layihəsinin reallaşdırılmasına başlanılıb. Dövlətlərimiz arasında turizm sahəsində əməkdaşlığın inkişafı üçün “Müasir İpək Yolu” layihəsinə start verilib".

Xəbər 1133 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +