“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


29.07.2018  11:39 

Ərdoğandan cavab - “ABŞ Türkiyə kimi güclü bir ortağını itirəcək”





A+  A-

ABŞ prezidenti Donald Trampın “Rahib Branson azadlığa çıxmasa, Türkiyəyə sanksiyalar tətbiq edəcəyik” təhdidinə prezident Rəcəb Tayyib Ərdoğandan cavab gecikməyib.
XəzərNews.az-ın “Milliyet”ə istinadən verdiyi məlumata görə, Ərdoğan rahiblə bağlı hər hansı bir bazarlıq söhbətinin olmadığını açıqlayıb.

“ABŞ ilə müzakirə etdiyimiz müxtəlif məsələlər var. FETÖ-nün rəhbərinin təhvil verilməsi, “Xalqbank”, Hakan Atilla və s. Branson da bu məsələlər içərisindədir. Hər kəs bilsin ki, biz heç vaxt Bransonu bazarlıq söhbətinə şamil etməmişik. Məhkəmənin qərarına hörmət etməkdənsə, məsələni Türkiyəyə saksiya məsələsi halına gəitiriblər. Türkiyə sanksiyalara görə geri addım atan deyil”, - deyə prezident vurğulayıb.

“Məncə bunların hamısı psixoloji müharibədir” deyə bildirən Ərdoğan sözlərinə belə davam edib: “İndi də bizi başqa yolla hədələməyə başlayıblar. Guya “F-35”ləri bizə verməyə bilərlər. Özlərinə də dedik. Əgər verməsələr, beynəlxalq təhkim deyə bir şey var, o üsula əl atacağıq. ABŞ bu davranışını dəyişməsə, Türkiyə kimi güclü bir ortağını itirəcək”.

Xatırladaq ki, rahib Endryü Branson şahidlərdən birinin ifadəsinə əsasən, FETÖ cinayətindən tutulub. 35 il həbsi istənilən rahib haqqında “ev dustaqlığı” qərarı verilib.

Xəbər 1259 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +