Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


04.07.2018  14:07 

Sabahın havası – 42 dərəcə isti olacaq





A+  A-

Sabahın hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən XəzərNews.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli olacağı gözlənilir.

Şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 24-27, günün birinci yarısında 39-41, ikinci yarısında 34-37, Bakıda gecə 25-27, günün birinci yarısında 41 dərəcəyədək, ikinci yarısında isə 34-36 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 40-50 faiz təşkil edəcək.

Abşeron çimərliklərində

İyulun 5-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 28-29, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 29-30 dərəcə isti təşkil edəcək.

Şimal-qərb küləyi əsəcək. Anomal isti hava şəraiti ilə bağlı günorta saatlarında 11:00-17:00-dək günəş şüalarının birbaşa təsiri altında uzun müddət olmaq risklidir.

Azərbaycanın rayonlarında

İyulun 5-də hava şəraitinin yağmursuz keçəçəyi gözlənilir, lakin axşam Böyük Qafqazın bəzi dağlıq yerlərində şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 22-27, gündüz 37-42, dağlarda gecə 18-23, gündüz 28-33 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji xəbərdarlıq

İyulun 5-i axşamadək Abşeron yarımadasında qızmar temperatur diskomfortunun davam edəcəyi gözlənilir ki, bu da əksər əhali üçün əlverişsiz, meteohəssas insanlar üçün isə risklidir. Açıq havada uzun müddət qalmaq məsləhət deyil.

Xəbər 939 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib


BÜTÜN XƏBƏRLƏR +