İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti


31.05.2018  15:56 

Gələn ay hava normadan aşağı olacaq





A+  A-

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Azərbaycanda iyun ayına gözlənilən hava proqnozunu açıqlayıb.
Qurumdan XəzərNews.az-a daxil olan xəbərə görə, iyun ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, ayrı-ayrı dövrlərdə bir qədər yüksək olacağı gözlənilir. İyun ayının ilk günlərində hava şəraiti qeyri-sabit, küləkli keçəcək, havanın temperaturu normadan aşağı olacaq. Birinci ongünlüyün ortalarından temperatur yenidən yüksələcək.

Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın olacağı gözlənilir.

Bakıda və Abşeron yarımadasında

Orta aylıq temperaturun 22-24 dərəcə isti (gecələr 16-21, gündüzlər 22-27, bəzi günlərdə 25-34 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-3 dərəcə yüksəkdir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 9-12 mm) olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında

Orta aylıq temperaturun 22-26 dərəcə isti (gecələr 12-17, gündüzlər 24-29, bəzi günlərdə 32-36 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 21-35 mm) gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında

Orta aylıq temperaturun 14-17 dərəcə isti (gecələr 9-14, gündüzlər 15-20, bəzi günlərdə 23-27 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 86-130 mm) olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında

Orta aylıq temperaturun 22-24 dərəcə isti (gecələr 13-18, gündüzlər 23-27, bəzi günlərdə 30-34 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-3 dərəcə yüksəkdir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 46-63 mm) olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında

Orta aylıq temperaturun 20-23 dərəcə isti (gecələr 12-17, gündüzlər 19-24, bəzi günlərdə 28-33 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 18-179 mm) gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında

Orta aylıq temperaturun 24-27 dərəcə isti (gecələr 15-20, gündüzlər 23-28, bəzi günlərdə 31-36 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 12-49 mm) olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında

Orta aylıq temperaturun 20-24 dərəcə isti (gecələr 14-19, gündüzlər 23-28, bəzi günlərdə 32-35 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-3 dərəcə yüksəkdir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 29-47 mm) olacağı gözlənilir.

Xəbər 857 dəfə oxunub.




13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb

11.05.2024  17:01 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +