İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti


26.05.2018  12:54 

Bu köçkünlər dərhal köçürüləcək





A+  A-

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində yerləşən 149 qəzalı obyektdə 8701 ailə, 32743 məcburi köçkün məskunlaşıb.
XəzərNews.az xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 149 qəzalı obyektin 57-sində məskunlaşan məcburi köçkünlərin dərhal köçürülməsinə dair Fövqəladə Hallar Nazirliyi tərəfindən texniki rəy verilib.

Birinci vitse-prezident xanım Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən "Qəzalı vəziyyətdə olan binalarda məskunlaşmış məcburi köçkün ailələrinin yeni mənzillərlə təmin olunması" layihəsinin icrası çərçivəsində Xəzər rayonu, Şüvəlan qəsəbəsi, “Energetika” pansionatından 179 ailə, Xətai rayonu Gəncə prospekti 20A ünvanında yerləşən ”Bakı kondisonerleri” birliyinin yarımçıq binasından 126 ailə, Sumqayıt şəhəri Sarıqaya qəsəbəsi, Şəfəq sanatoriyasından 92 ailə, Binəqədi rayonu, 9-cu mikrorayon, Həmzə Babaşov küçəsində yerləşən Təcili Tibbi yardım stansiyasının yarımçıq binasından 513 ailə, ümumilikdə 4 obyektdən 910 ailə 3822 nəfər məcburi köçkün yaşayış üçün hər cür zəruri şəraiti olan mənzillərə köçürülüb.

Eyni zamanda Xətai rayonu, K.Kərimov küçəsi 15 ünvanında yerləşən binadan 27 ailə, 103 nəfər, Nizami rayonu, Babək prospekti 87 ünvanında yerləşən yataqxanadan 26 ailə 109 nəfər kompensasiya ödənilərək köçürülüb.

Mayın 24-də Azərbaycan prezidenti İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın iştirakı ilə Bakı şəhərinin Qaradağ rayonunun Lökbatan qəsəbəsinin şimal-şərqində Lökbatan-Qobu yolunun 3 kilometr şərq hissəsində məcburi köçkünlər üçün inşa edilən müasir yaşayış kompleksinin açılışı olub: "Bu yaşayış kompleksinə Bakı şəhərinin müxtəlif rayonlarında qəzalı binalarda yaşayan məcburi köçkünlər köçürüləcək. Ümumiyyətlə Məcburi köçkünlərin problemlərinin həlli və yaşayış şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması üzrə Dövlət Proqramı uğurla davam etdirilir".

Xəbər 1254 dəfə oxunub.




13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb

11.05.2024  17:01 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +