“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


09.03.2018  17:19 

“10 mart mitinqi siyasi alver vasitəsidir” - Əlisahib Hüseynov





A+  A-

Bildiyiniz kimi müxalifətin radikal qanadı olan "Milli Şura", AXCP və Müsavat partiyası martın 10-a mitinq təyin edib. Ancaq elə ilk gündən bu mitinqlə bağlı bəzi paradoksal məqamlar üzə çıxıb.
XəzərNews.az xəbər verir ki, bunu Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov deyib. O qeyd edib ki, əvvəla, radikallar bu mitinqi “ümumxalq mitinqi” adlandırsalar da, lakin "Məhsul" stadionuna yalnız AXCP və Müsavatın azsaylı üzvlərinin toplaşacağı gözlənilir. Bunun da başlıca səbəbi odur ki, digər müxalif partiya və təşkilatlar 10 mart mitinqini boykot ediblər.

Partiya sədri deyib ki, digər paradoksal məqam isə ondan ibarətdir ki, radikal müxalifətin 2017-ci ildə təşkil etdiyi "növbətçi" mitinqlər də ümumxalq xarakteri qazana bilməmiş, həmin aksiyalarda kütləvilik təmin edilməmişdi: “Yalnız iki-üç siyasi qurumun təşkil etdiyi aksiyanı "ümumxalq" aksiyası kimi adlandırmaq qətiyyən doğru deyil. Ümumxalq mitinqi olmaq üçün gərək bu mitinqlərə böyük xalq kütlələri qatılsın. Əgər radikal müxalifətin mitinqləri həqiqətən də bütün xalqın adından təşkil olunursa, bəs niyə bu mitinqlərdə ümumxalq dəstəyini görmürük? Milli Şura- AXCP- Müsavat "trio"su nə vaxta qədər gözə kül üfürməklə məşğul olacaq? Siyasi bleflərdən əl çəkməyin zamanı gəlmədimi ?” O vurğulayıb ki , mövsümlər dəyişəndə, yaxud da, seçkilər ərəfəsində "qış yuxusu"ndan ayılıb bir qədər fəallaşmaqla və qədim Afina natiqləri kimi bir neçə aksiya keçirib tribunadan pafoslu cümlələr söyləməklə bunlar kimi aldadırlar ki? Ə. Hüseynov əlavə edib ki, xalq bunları artıq yaxşı tanıyır: “Və mənim fikrimcə, 10 mart mitinqi əslində ümumxalq aksiyası yox, sadəcə məlum "trio"nun siyasi alver vasitəsidir. Onlar növbəti dəfə hansısa xarici dairələrlə siyasi "alış-veriş" etmək istəyirlər”.

Xəbər 1413 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +