“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


03.03.2018  10:58 

Büdcədən istifadə qaydasında dəyişiklik edildi





A+  A-

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 2 iyun tarixli 74 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitindən istifadə Qaydaları”nda dəyişiklik edilib.
XəzərNews.az xəbər verir ki, baş nazir Artur Rasizadənin təsdiq etdiyi dəyişiklik “Büdcə sistemi haqqında” prezidentin 2017-ci il 25 dekabr tarixli 1759 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə olunub.

Qaydaların 6-cı hissəsinə aşağıdakı məzmunda ikinci abzas əlavə edilib:

“Dövlət büdcəsinin icrası prosesində iqtisadi təsnifatın müvafiq bölmə, köməkçi bölmə, paraqraf, maddə və yarımmaddələrində nəzərdə tutulmuş birdəfəlik təyinatlı vəsaitlər üzrə hesabat ili ərzində yaranmış qənaətdən dövlət büdcəsinin Ehtiyat Fonduna yönəldilmiş vəsait Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, il ərzində digər tədbirlərin maliyyələşdirilməsinə sərf edilə bilər”.

Xəbər 876 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +