“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


01.02.2018  15:53 

Ukraynadakı səfirliyimizlə bağlı şok fakt...





A+  A-

“Azərbaycanın Ukraynadakı səfirliyi Odessada yaşayan ermənilərlə normal münasibət yaradılmasını istəyir”.
Xəzərnews.az xəbər verir ki, bu barədə açıqlamanı ölkə.az saytına müsahibəsində Ukrayna Azərbaycanlıları Birləşmiş Konqresinin Odessa vilayəti üzrə şöbə rəhbərinin birinci müavini Namiq Talıbov verib.

N.Talıbov açıq-aşkar bildirir ki, Azərbaycan səfirliyinin nümayəndələri gəlib bizə deyirlər ki, “xalq diplomatiyası”na uyğun olaraq Ukraynada yaşayan sıravi ermənilərlə münasibətləri pozmayın, sizə yaxınlaşan ermənilərə düşmən münasibəti göstərməyin, onlarla münasibətləri qoruyun, əlaqələr yaradın və sairə: “Səbəb kimi də deyirlər ki, vaxtilə Qarabağda yaşamış hər bir azərbaycanlının erməni qonşusu olub. Ancaq bu gün bu mümkün olan iş deyil”. Maraqlı səbəbdir, elə deyilmi?

N.Talıbovun açıqlamalarından belə çıxır ki, Azərbaycanın Ukraynadakı səfirliyi azərbaycanlılara bu ölkədə yaşayan ermənilərlə dostluq etməyə məcbur edir. Hansı ki, ermənilər hansı ölkədə yaşamalarından asılı olmayaraq azərbaycanlılara qarşı aqressiv mövqeləri ilə seçilirlər.

Belə görünür ki, Ukrayna Azərbaycanlıları Birləşmiş Konqresinin ermənilərlə dostluğa sövq edən Azərbaycanın Ukraynadakı səfirliyidir. Məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin mövqeyini öyrənmək istədik. XİN sözçüsü Hikmət Hacıyev məsələ ilə maraqlanandan sonra açıqlama verə biləcəyini qeyd edib.

Xatırladaq ki, Ukrayna Azərbaycanlıları Birləşmiş Konqresinin sədri Rövşən Tağıyev 2017-ci ili Ukraynada erməni diasporunun nümayəndələri ilə birlikdə qarşılamış və Azərbaycanda geniş tənqid olunmuşdur. Araşdırma zamanı bəlli olmuşdur ki, R.Tağıyevin qonaqlığında iştirak etdiyi erməni diasporunun əsas simalarından olan Aşot Avanesyan Ukrayna parlamentinə qondarma erməni soyqırımının tanınması ilə bağlı layihə göndərən şəxsdir. Üstəlik, erməni lobbisinin gücü və böyük biznesi ilə o, Kiyevdə Azərbaycana qarşı olan bütün layihələrin önündə gedir.

Rövşən Tağıyevin müavini Qüdrət Hacıyev və onun Gənclər təşkilatının sədri Fərhad Fərhadovun da erməniləri müdafiə edən videosu yayılmışdı. Həm Q.Hacıyev, həm də F.Fərhadov baş verən soyqırımı hadisələrində erməni xalqının heç bir günahının olmadığını bəyan edirlər.

Xəbər 2069 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +