“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


31.01.2018  11:21 

Trampın sanksiyasına düşən Ağalarov DANIŞDI: “Başımıza nə iş gələcəyini ...”





A+  A-

“Krokus” şirkətinin rəhbəri, milyarder Araz Ağalarov ABŞ-ın Rusiyaya sanksiya tətbiqini nəzərdə tutan “Kreml siyahısı” ilə bağlı sənədə münasibət bildirib.
XəzərNews.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Trampa yaxınlığı ilə bilinən Ağalarovun adının da həmin siyahıda olmasına biznesmen belə reaksiya verib:

“Bu nə siyahıdır belə? Birinci və ikinci Rusiya prezident Administrasiyası və hökumətin telefon məlumat kitabçasından köçürülüb. Üçüncü siyahı isə “Forbes”dən. Siyahı kimin yaxın, kimin uzaq, kimin tanış olub-olmaması prinsipi ilə hazırlanmayıb. Sadəcə siyahı xətrinə...

Sanksiya siyahısı adlandırılsa da, mahiyyəti aydın deyil. Yəni, başımıza nə iş gələcəyi, kobud desək, ABŞ Rusiya vətəndaşları üçün hansı “hökmü” çıxardacaq, heç kim bilmir. Mən başa düşmürəm ki, niyə hər kəs bu siyahı ilə bağlı bu qədər narahatdır.

Siyahıya əhəmiyyət verməmək üçün öz ölkəmizdə Amerika yaratmalıyıq. Yaxşı səhiyyə, təhsil, istirahət zonasına sahib olmalıyıq ki, bizi hansısa ölkəyə buraxmırlar deyə narahatlıq keçirməyək. Hər kəs ona görə narahatdır ki, indi orada (ABŞ) hər şey buradan daha yaxşıdır. Bu qədər”.

Adının sanksiya düşməsi ilə bağlı hər hansı diskomfort hiss edib-etməməsinə gəlincə Ağalarov bildirib ki, heç bir narahatlıq yoxdur: “Mənim qızım və həyat yoldaşım ABŞ-dadır. Əgər hökumət məni oraya buraxmasa, ünsiyyət bir qədər çətinləşəcək. Əlaqə ancaq birtərəfli olacaq. Başqa?..”

Xəbər 1159 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +