“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


24.01.2018  15:06 

“Jurnalistin təhqirə məruz qalması yolverilməzdir” — Əflatun Amaşovdan AÇIQLAMA





A+  A-

Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov “AAAF Holdinq” MMC-nin təsisiçisi Tofiq Heydərovun “Unikal.Org” saytının jurnalisti Aygün İlqarqızını təhqir etməsi məsələsinə münasibət bildirib.
XəzərNews.az bildirir ki, Ə.Amaşov “Ölkə.Az”-a açıqlamasında jurnalist Aygün İlqarqızı ilə iş adamı Tofiq Heydərov arasında yaranan qalmaqalın arzuolunmaz olduğunu söyləyib:

“Kiminsə təhqir olunması yolverilməzdir. Fərqi yoxdur jurnalistdir, ya qeyrisi. Bu əxlaqa və qanunun tələblərinə ziddir. Hər hansı məsələni və ya mübahisənin həll etmək üçün məhkəmə və digər müvafiq instansiyalar mövcuddur”.

Şura sədri qeyd edib ki, jurnalistin səhv xəbər yazdığı halda belə, təhqirə məruz qalması yolverilməzdir:
“Jurnalistlər cəmiyyətin həssas təbəqəsi olduğu üçün onlarla mövcud olan məsələlərdə kifayət qədər diqqətli olmaq lazımdır. Əgər jurnalistlərin sualları vaxtında cavablandırılarsa, tam əminəm ki, bu və buna bənzər problemlər yaşanmaz. Hər bir məmur və ya vəzifəli şəxs jurnalist sorğularına həssas yanaşmalı, özlərini qane etməyən məqamlara münasibətdə dözümlülük nümayiş etdirməlidir. Əgər kiminsə hərəkətlərindən narazılıq varsa, qarşı tərəfin onu məhkəməyə vermək hüququ var. Jurnalistin şəxsi həyatına aid fotoları yaymaq, onun haqqında təhqiramiz ifadələr səsləndirmək vəziyyətdən çıxış yolu sayıla bilməz. Əslində hər addımda jurnalistin məhkəməyə verilməsi də problemlərin həll yolu deyil”.

Ə.Amaşov jurnalistlərin yaşadığı bu kimi məsələlərin Mətbuat Şurası tərəfindən araşdırılaraq, diqqətdə saxlandıldığını bildirib.

Xəbər 1177 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +