“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


19.01.2018  10:43 

“Oyal“ gələcəyin cinayətkarlarını yetişdirir? - VİDEO





A+  A-

Məktəb və ofis ləvazimatlarının istehsalı və satışı ilə məşğul olan "Oyal" şirkəti növbəti dəfə ciddi yanlışa yol verib.
XəzərNews.az AFN-ə istinadən xəbər verir ki, şirkətin orta məktəb şagirdlərinin istifadəsi üçün istehsal etdiyi pozanlar azyaşlılarda kriminal hərəkətlərin formalaşmasına səbəb ola bilər. Belə ki, redaksiyamıza Gəncə şəhərində yerləşən "Gandja Mall"dakı "Bravo" supermarketində çəkilmiş video göndərilib. Videonu göndərən Gəncə sakinləri durumdan şikayət edirlər. Onların sözlərinə görə, şirkətin istehsal etdiyi və düyməli bıçaq formasında olan pozan uşaqlarda soyuq silah işlətmə vərdişi yarada bilər: "Biz bilmirik bu şirkətin məqsədi nədir. Bir müddət əvvəl də satışa üzərində tariximizi saxtalaşdıran ifadələr olan dəftərlər buraxmışdılar. Bir şirkət pul qazandığı, xeyrini gördüyü cəmiyyətə niyə düşmən mövqeyi tutmalıdır? Əgər bu hansısa əməkdaşın texniki səhvi, yaxud yanlışlıq adlandırılacaqsa, o zaman aidiyyatı dövlət qurumları hara baxır?!"

Xatırladaq ki, bir müddət əvvəl "Oyal" şirkəti yenə orta məktəb şagirdlərinin istifadəsi üçün nəzərdə tutulmuş dəftərlərin üzərində Nizami Gəncəvini fars ədəbiyyatının nümayəndəsi kimi təqdim etmişdi.

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.



Xəbər 1572 dəfə oxunub.





Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +