“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


28.12.2017  09:07 

2018-ci ildə Azərbaycanın sosial yönümlü xərcləri artacaq





A+  A-

Azərbaycanın dövlət büdcəsi ənənəvi olaraq sosial-yönümlüdür.
XəzərNews.az Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin maliyyə naziri Samir Şərifov AZTV-yə açıqlamasında deyib.

“Azərbaycan inkişafda olan bir dövlətdir və bir çox məsələlərin həllinə artıq nail olunub, özü də son 10-15 il ərzində, buna baxmayaraq bir sıra məsələlər hələ də mövcuddur. Bizim investisiya xərclərimizi təhlil etsək, görərik ki kifayət qədər yüksək olub. Bununla belə sosial yönümlü xərclər bir qayda olaraq üstünlük təşkil edir. Bunlara dövlət başçısı tərəfindən xüsusi diqqət yetirilir.”

Nazir həmçinin qeyd edib ki, 2018-ci ilin büdcəsində sosial yönümlü xərclərin həcmi 7,7 milyard manat təşkil edir: “Bu da cari illə müqaisədə təxminən 650 milyon manat çox deməkdir. Bu onu göstərir ki, növbəti ildə sosial yönümlü xərclərə əlavə vəsait ayrılacaq. Sosial yönümlü xərclər ilk növbədə əmək haqqıdır, sosial təminat məsələləridir, pensiya haqqıdır və bunların xüsusi çəkisi büdcədə ənənəvi olaraq kifayət qədər yüksəkdir. Təkcə əmək haqqı fondu üzrə bizim 4,2 milyard xərclərimiz mövcuddur. Sosial təminat xərcləri də, təxminən 6 milyard manatdan yuxarı təşkil edən bir məbləğdir.”

S.Şərifov deyib ki, ölkənin təhsil xərcləri ənənəvi olaraq böyük çəkiyə malikdir: “Gələn il 2 milyard səviyyəsində olacaq. Bu illə müqaisədə 211 milyon manat çoxdur.”

Nazir həmçinin deyib ki, 2018-ci il dövlət büdcəsində sosial mənzillərin tikilməsi ilə əlaqədar ilkin vəsaitlər nəzərdə tutulub. “Gələn il, bu istiqamətə 250 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub.”

Xəbər 1089 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

22.05.2024  16:08 

Tanınmış alim vəfat etdi

22.05.2024  11:05 

Baş nazir İrana səfər edəcək

22.05.2024  10:56 

Nazənin yeni avtomobil alıb -FOTO

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +