İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti


23.11.2017  14:38 

Orta aylıq əməkhaqqı qaldırılır





A+  A-

“Bu ilin yanvar-sentyabr aylarında əhalinin nominal gəlirləri 8% artaraq 36,2 mlrd. manata, adambaşına düşən gəlirlər 6,9% artaraq 3728 manata çatıb. İnflyasiya 13,9 faiz səviyyəsində olub. Yanvar-avqust aylarında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 7,4 faiz artaraq 524,7 manat təşkil edib. 1 oktyabr 2017-ci il tarixinə muzdla işləyənlərin orta sayı 1 milyon 526 min nəfər, iqtisadiyyatda sərbəst məşğul olanların sayı isə 3 milyon 295 min nəfər olub”.
XəzərNews.az-ın məlumatına görə, bu barədə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev Dövlət Sosial Müdafiə Fondunun 2018-ci il üzrə büdcəsi haqqında məlumat verərkən deyib.

O qeyd edib ki, 2017-ci ilin 9 ayı ərzində məcburi dövlət sosial sığorta haqları üzrə Fondun büdcəsinin gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,7% və ya 120 mln. manat artaraq 1,5 mlrd. manata çatıb.

“Qeyri-büdcə sektorundan daxilolmalar proqnozu 105,2% icra olunmaqla 978 mln. manat olub ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 12,1% və ya 105,4 mln. manat çoxdur. Hesabat dövründə daxilolmaların səviyyəsi Fondun xərclərinin 97,8%-ni təşkil edən pensiya və müavinətlərin vaxtında maliyyələşdirilməsinə şərait yaradıb. Cari ilin yanvar-sentyabr aylarında Fondun əmək pensiyaları üzrə xərcləri 2,46 mlrd. manat olmaqla ötən ilin müvafiq dövrünə nisbətən 196 mln. manat və ya 8,7% artıb”.

Nazir müavini sığorta-pensiya sisteminin əsas parametrlərində gözlənilən dəyişikliklər barədə də məlumat verib.

“2018-ci ildə ölkədə doğulanların sayının 156 min nəfər olacağı gözlənilir: Doğulanda gözlənilən ömür uzunluğunun 75,9 yaş (qadınlar üzrə 78,3 yaş, kişilər üzrə 73,5 yaş) olacağı; 15-64 yaşadək, yəni əmək qabiliyyətli yaşda olan əhalinin bütün əhalinin 70,5 faizini, 65 yaşdan yuxarı əhalinin isə bütün əhalinin 6,8 faizini təşkil edəcəyi gözlənilir.

İqtisadiyyatda məşğul olanların orta illik sayının 4 milyon 839 min nəfər, muzdla işləyənlərin orta illik sayının isə 1 milyon 555 min nəfər və ya məşğul əhalinin 32 faizi qədər olacağı proqnozlaşdırılır. Nəzərdə tutulur ki, bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı ilin əvvəlinə nisbətən 3,5 faiz artaraq 550 manata çatdırılsın”.

İ.İsayev bildirib ki, 2018-ci ildə pensiya sisteminə daxil olacaq və pensiya sistemindən çıxacaq pensiyaçıların sayı üzrə proqnozlar əmək pensiyaçılarının orta illik sayının 1 milyon 315 min nəfər olacağını göstərir.

Xəbər 1284 dəfə oxunub.




13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb

11.05.2024  17:01 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +