İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


14.11.2017  15:06 

Təhsil Nazirliyi Nazirlər Kabinetinin qərarını heçə sayır





A+  A-

Bu ilin sentyabr ayında adı dəyişdirilən Bakı şəhərindəki 8 nömrəli orta məktəbin müdiriyyəti təhsil müəssisəsinə adı verilən alimə qarşı hörmətsizlik edir.
XəzərNews.az BakuPost.az-a istinadən xəbər verir ki, Nazirlər Kabinetinin qərarı ilə məktəbdən Azərbaycan SSR məktəbinin Əməkdar müəllimi A.S.Loginovun adı alınaraq, təhsil ocağına kosmonavtikanın inkişafında misilsiz xidmət göstərmiş general-leytenant Kərim Kərimovun adı verilib. Bakı Şəhər İcra Hakimiyyəti və Təhsil Nazirliyinə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb. Lakin qərardan və verilən tapşırıqdan 3 aya yaxın vaxt keçməsinə baxmayaraq, məktəbin girişindəki lövhədə Loginovun xatirəsi hələ də yaşadılır. Müdiriyyət K. Kərimovun adı əks olunan lövhəni hazırlatdırıb, məktəbin girişinə yerləşdirmir.

Bu isə general Kərim Kərimovun yaxınlarının narazılığına səbəb olub. Onlar bununla məktəb rəhbərliyinin görkəmli alimin xatirəsinə hörmətsizlik edildiyini hesab edir.

Hətta məlumata görə, məktəbdə bu gün təşkil olunan tədbir də, bu lövhəyə görə təxirə salınıb. K.Kərimovun yaxın adamları lövhəni gördükdən sonra məktəbin ərazisinə daxil olmayıblar.

Məsələ ilə bağlı 8 nömrəli orta məktəbin rəhbərliyinin mövqeyini öyrənməyə çalışsaq da, cəhdlərimiz uğursuz oldu.

Qeyd edək ki, Azərbaycan SSR məktəbinin Əməkdar müəllimi A.S.Loginovun xatirəsinin əbədiləşdirilməsi haqqında” qərar Azərbaycan SSR Nazirlər Soveti tərəfindən 1959-cu il 20 iyun tarixində verilib. Məktəb 58 il müddətində Loginovun adını daşıyıb.


Xəbər 1072 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +